Icma.az
close
up
RU
KQB Adnanı necə ələ alıb? Agent və ya tora düşən tamahkar...

KQB Adnanı necə ələ alıb? Agent və ya tora düşən tamahkar...

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Adnan Əhmədzadənin həbsi ətrafında mediada yayılan və yaxud ictimaiyyətə sızdırılan məlumatlar çoxaldıqca, suallar və təzadlar da artır. Və nəhayət, ortalığa küll halda böyük bir cinayət sxemi çıxır.

Nə baş verdi və narahatlığın səbəbi nədir?

İlk dəfə iyul ayının ikinci ongünlüyündə “Azəri Layt” markalı neftin üzvi xloridlə çirkləndiyi haqda məlumat yayıldı. Bu barədə xəbərlərin ardınca Ceyhan terminalında 19–23 iyul tarixlərində Azərbaycan neftinin yükləmə əməliyyatları tam dayandırıldı.

Açıq mənbələrdən öyrənirik: orqanik xloridlər (xüsusilə C1 və C2 sinifləri) adətən neft hasilatı zamanı korroziya inhibitoru və ya sintetik qatqı kimi istifadə olunur. Xam neftin nəqlindən öncə isə bu qatqılar təmizlənir.

Yəni: Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu 3 maye karbohidrogenlər (80–90 %) və azotlu, oksigenli və kükürdlü heteroatomlu üzvi birləşmələr (4–5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su (maksiumum 10%-ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1–0,4 mq/l və daha artıq), üzvi turşuların duzlarının məhlulu və s. də daxildir.

Belə məlum olur ki, xloridlər neftin tərkibində qalır, sadəcə, müəyyən həddi keçəndə təhlükəli olur. Çünki yüksək temperaturda parçalandıqda xlorid turşusu əmələ gətirərək, həm boru kəmərlərinə, həm də neft emalı zavodlarının avadanlıqlarına ciddi zərər verə bilir. Bu baxımdan, xlorid çirklənməsi təkcə iqtisadi deyil, həm də texnoloji təhlükədir.

Bakı neftinin çirklənməsinə görə SOS-lar

Avstriya, Çexiya, İtaliya və Rumıniya iyulun ikinci yarısından başlayaraq, Azərbaycan neftində üzvi xlorid çirklənməsi ilə bağlı həyəcan təbili çalıb.

Çexiya Azərbaycandan aldığı 60 min kubmetr neftin çirkli olduğunu bildirib. "Mero” şirkəti ilə əməkdaşlıq çərçivəsində demək olar ki, 60 min kubmetr həcmində çirkli nefti Nelahozevesdəki Mərkəzi Neft Bazasında və Kralupy-nad-Vltavou NEZ-in çənlərində saxlayacağıq”, - məlumatda bildirilib.

Avstriyanın enerji şirkəti OMV də bəyan edib ki, Azərbaycan xam neftinin partiyalarında üzvi xlorid çirklənməsi aşkar edilib.

Rumıniyanın Energetika Nazirliyi isə Azərbaycandan alınan neftin çirklənməsinə görə “fövqəladə vəziyyət” elan edib. Söhbət 92 min ton xam neftdən gedir.

“92 min ton Azərbaycan xam nefti yükünün boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Energetika Nazirliyi Avropa Komissiyasını xəbərdar edib və böhran səviyyəsində fövqəladə vəziyyət elan edib”, - məlumatda bildirilib.

Daha sonra İtaliyanın “Eni SpA” şirkəti bəzi çirklənmiş yükləri satın aldığını və onların emal sisteminə daxil olduğunu açıqlayıb.

Bu, 4 ölkənin narahatlığı barədə mediada yayılan məlumatlardır. Dəqiq say və həcm bəlli deyil.

Bu xəbərlərin fonunda Ceyhan limanında tankerlərə Azərbaycan neftinin yüklənməsi dayandırılıb, hər şey geri qaytarılıb. Bəzi məlumatlarda satışın 4 gün, bəzilərində isə hətta 6 gün dayandığı bildirilir.

BP araşdırmaya başlayır

Məlumatın yayıldığı ilk vaxtlarda SOCAR heç bir sualı cavablandırmadı və bildirdi ki, buna BP cavab verməlidir – çünki BTC-nin operatorudur. Bu isə o demək idi ki, SOCAR xloridlə çirklənməyə görə hər hansı məsuliyyəti birmənalı inkar edirdi və çirklənmənin Ceyhan terminalındakı rezervuarlarda ola biləcəyini vurğulayırdı.

“BTC Co.-ya bəzi qarışıq yükləmələrdə organik xloridlərlə bağlı potensial keyfiyyət problemi barədə məlumat verilib. BTC Co. hazırda neft kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirir”, - BP rəsmi açıqlamasında bildirdi.

“Qiymətləndirmə nəticəsində bəlli olub ki, Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin varlığı mövcuddur. Həmin çənlər dərhal təcrid olunub. Yükləmələr yalnız spesifikasiyaya uyğun məhsul saxlanılan çənlərdən həyata keçirilir”, - bu da “BP-Azərbaycan”ın rəsmi açıqlaması.

Azərbaycana və SOCAR-a dəyən ziyanın miqyası

BTC ilə gündəlik ixrac 600 min bareldir. Əgər ixrac bir həftə dayanıbsa, onda ümumi ixracda 4,2 milyon barel itki baş verib.

Bəzi mütəxəssislərə görə, Azərbaycandan yuxarıda adı keçən 4 ölkəyə (mediada adı keçməyənlər də ola bilər) göndərilən yüz min tonlarla çirkli neftin hazırda orda anbarlarda saxlanılması xərci, daşınması, təmizlənməsi, lazım gələrsə, ultiraziyası ilə bərabər, neft şirkətlərinə təzminatlar da SOCAR tərəfindən ödənməlidir.

Bu insidentə görə Qazaxıstan BTC ilə neft nəqlindən 1,5 ay imtina edib – ölkə tranzit gəlirlərindən məhrum olub.

Həmçinin bu problemlər Azərbaycan neftinin qiymətinə təsir edərək onu ucuzlaşdırıb. Ticarətçilərə görə, həmin ərəfədə “Platts” (S&P Global Plc-nin bölməsi) tərəfindən aparılan qiymət pəncərəsində iki “Azəri Layt” nefti son dörd ilin ən aşağı səviyyəsində satılıb.

Bura Ceyhan limanındakı çirkəndiyi təsdiqlənən və təcrid edilən rezervuarlardakı nefti də əlavə etmək lazım gəlir.

Ziyanın həcmi bəlli deyil, ancaq bəzi ekspertlər ziyanın 0,5 milyard dollardan 2 milyard dollara qədər olduğunu iddia edir. Həmçinin hər zaman etibarlı tərəfdaş olan Azərbaycanın beynəlxalq imicinə böyük ziyan gəlib.

Adnanın nələr etdiyi niyə bilinməyib?

Yuxarıda qeyd etdik ki, fərqli məlumatlar ziddiyyətli təəssüratları genişləndirir.

2019-cu ildə analoji problemlə Rusiya qarşılaşmışdı: ölkənin satdığı neftdə üzvi xlorid aşkarlanmışdı. Bu üzvi xloridin rus neftinin tərkibində “bir milyonda 60” nisbətində olduğu üzə çıxmışdı, Avropada norma “bir milyonda 6-dır”.

Bu nisbətlərdəki simvoliklik bir daha təsdiqləyir ki, üzvi xloridin neftin tərkibində çox olmasının səbəbi bu maddənin “vurulması” ilə “daha çox qazanc” məsələsindən xeyli fərqlidir.

Bəs, onda səhlənkarlıq?

Az ehtimaldır! Ona görə də ikinci ehtimal – qarışdırılan neftlə bağlı məsələ gündəmə gəlir.

Təzadlı məlumatlar və açıq suallar

1. Adnan Əhmədzadə ilə bağlı ən son məlumatlarda bildirilir ki, o, Suriya və İran neftinin gizli yollarla Avropaya daşınmasında müstəsna rol oynayıb və nəticədə milyardlar qazanıb.

Bu iddianın SOCAR-a və Azərbaycana nə aidiyyəti?

2. Rusiyaya 2022-ci ildə tətbiq edilən sanksiyalardan sonra Adnan rus neftinin gizli yollarla satılmasına qoşulubsa, bu da Avropanın araşdıracağı bir prosesdir.

Amma rus neftinin “Azəri Layt”a qarışdırılması məsələsi mühümdür:

a) Rus nefti “Azəri Layt”a harada qarışdırılıb – Səngəçalda, Ceyhanda, yoxsa tankerlərdə?

Son ehtimal sıradan çıxır – çünki Ceyhan terminalındakı rezervuarlarda üzvi xlorid aşkarlanıb.

Adnan bunu necə bacarıb?

b) Rus nefti ilə “Azəri Layt”ın qarışdırılması yalnız “Azəri Layt” markalı neftdə kükürdün çoxalmasına, bir az da ağırlaşmaya səbəb ola bilərdi. Çünki “Urals”da kükürd Azərbaycan neftindən 4 dəfə çoxdur, həmçinin Bakı nefti yüngül, zəngindir və ona görə ən bahalılardandır. Bəs, xlorid hardan çıxdı?

Ya Rusiya Əhmədzadəyə “su qiymətinə” satdığı nefti səhlənkarlıqdan təmizləməyib, ya da bu, doğrudan da əməliyyatdır, Adnandan sui-istifadə edərək, onunla gizli şəkildə çalışan və ona milyardlar qazandıran çirkli şəriklərinin KQB tapşırığını yerinə yetirməsidir...

3. Azərbaycanlı bir şəxs – 1978-ci il təvəllüdlü Adnan Əhmədzadə illərlə Suriya, İran, Rusiya neftini Avropaya satır və Mİ6-nın, MOSSAD-ın, FBİ-nin bundan xəbəri olmur?

Murun İstanbuldakı vida çıxışından gördük ki, Mİ6 MİT-lə tam şəkildə informasiya mübadiləsi içərisindədir. BP-nin operatorluğunu etdiyi kəmərlə bağlı iddialar və Ceyhan limanındakı çənlərdə çirklənmələr var, ancaq Mİ6 və MİT-in xəbəri yoxdur?

Axı Rusiya ilə 2024-cü ilin 25 dekabrından çox ciddi problemlər yaşanır və Kremldə Azərbaycanı “yerində oturtmaq” üçün açıq şəkildə çağırışlar var. Bu halda hətta rus neftini kənarda alıb-kənarda satan, yəni Azərbaycana heç aidiyyəti olmayan bir proseslə bağlı olsa belə, Adnana kimlərsə ən azı xəbərdarlıq etməməli idi?

Hazırda Rusiyanın bəzi ekspertləri bu insidenti “Rusiyanın Azərbaycana xəbərdarlığı” kimi qələmə verirlər. Demək, bu, kəşfiyyatın əməliyyatı imiş və Mİ6, MİT belə qarşısını ala bilməyib?

4. Adnan Əhmədzadənin “Lukoyl” rəhbəri Vahid Əhmədovdan “108 milyon dollarlıq “Qalaktika Super Nova” yaxtasını” öz adına rəsmiləşdirdiyi haqda məlumat indi mediaya ötürülür. Bu barədə həmin yaxta “rəsmiləşəndə” heç kəs bilmirdi?

5. Adnan Əhmədzadənin piar üçün məşhurları Azərbaycana gətirməsi, onlara milyonlarla pul səpələməsi, yaxud digər piar və şəbəkə fəaliyyəti ilə bağlı hallandırılanlar da maraqlıdır.

Bu fəaliyyətlərin heç biri gizlin olmayıb, açıq edilib.

6. Hazırda onun ciddi şəkildə Rusiyaya işlədiyi və ya KQB ilə əlbirliyi və yaxud xarici kəşfiyyatın toruna düşdüyü haqda iddialar var.

Maraqlıdır, onun KQB-yə işlədiyini və yaxud KQB toruna düşdüyünü niyə biz 19 iyulda, “Azəri Layt” neftinin partiyalarında xlorid tapılanda “bilmişik”?

Bakupost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri