Kral Çarlz Vatikanda Papa XIV Leo ilə görüşüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 23 oktyabr, AZƏRTAC
Böyük Britaniya monarxı Kral III Çarlz və Kraliça Kamilla bu gün Vatikanda Papa XIV Leo ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, sonra Kral və Papa XIV Leo birgə ibadət mərasimində iştirak edəcəklər. Sikstin kapellasında baş tutacaq mərasimdə Katolik və Anqlikan din xadimləri, eləcə də Krallıq və Vatikan xorları bir araya gələcək. Bununla da Kral Çarlz XVI əsrdəki islahat dövründən bəri bir Papa ilə birlikdə dua edən ilk Britaniya monarxı olacaq.
Kral Çarlz uzun illərdir müxtəlif dinlər arasında körpü qurulmasının tərəfdarı kimi tanınır. Onun bu səfəri həm Vatikan, həm də London tərəfindən dinlərarası dialoqa töhfə kimi dəyərləndirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:14
Bu xəbər 23 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















