Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı musiqiçi Bob Dilan Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.
Adalet.az Associated Press agentliyinə istinadən xəbər verir ki, bir neçə dəqiqə davam edən görüş qapalı formatda keçirilib.
Söhbət zamanı pontifik musiqiçiyə təsbeh hədiyyə edib, Dilan isə ona özünün "Xronikalar. Birinci cild" adlı avtobioqrafik kitabını təqdim edib.
Musiqiçinin səfəri zamanı onu Müqəddəs Taxt-Tacın nümayəndəsi Antonio Spadaro və Vatikanın "L'Osservatore Romano" qəzetinin baş redaktoru Andrea Monda müşayiət ediblər.
Spadarionun sözlərinə görə, görüş Bob Dilanın təşəbbüsü ilə baş tutub.
O, "L'Osservatore Romano" qəzeti üçün yazdığı məqalədə qeyd edib ki, dünyəvi adı Robert Prevost olan XIV Leo gənclik illərindən musiqiçinin yaradıcılığı ilə tanışdır.
Spadaro, həmçinin Dilanın müqəddəs Avqustinin irsinə marağına diqqət çəkib. Müqəddəs Avqustin pontifikin və Avqustin ordeninin mənəvi ənənəsində xüsusi yer tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Noyabr 2026 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















