Kralın xanımı Akademik Musiqili Teatrın qonağı olub
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 13-də Esvatini Krallığının Kralı III Msvatinin xanımı Philile Thulile Dlamini Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub.
Demokrat.az xəbər verir ki, mötəbər qonağı teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qarşılayıb. Teatrın direktoronu qonağı və nümayəndə heyətini teatrın binası ilə tanış edərək, sənət ocağının tarixi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə aparılan təmir işlərindən sonrakı vəziyyəti və teatrın bugünkü repertuarı barədə ətraflı məlumat verib.
Qonaqlar teatrın konsertmeysteri Kamil Həsənovun müşayiəti ilə vokal artistləri Şaban Cəfərov və Eleonora Mustafayevanın ifalarında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgər və Gülçöhrənin duetini, eləcə də görkəmli bəstəkar Tofiq Quliyevin "Sevgilim" və "Əziz surət" əsərlərini alqışlarla qarşılayıblar.
Daha sonra Əliqismət Lalayev Birinci xanıma milli simvollarımızdan olan kəlağayı, teatrın tarixinə, repertuarına aid müxtəlif çap məhsulları, o cümlədən dövlət himnimiz, milli musiqilərimizin yazıldığı audio-video materiallar hədiyyə edib.
Səmimi görüşdən mənnunluğunu ifadə edən P.T.Dlamini teatr rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkür edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Kralın xanımı Akademik Musiqili Teatrın qonağı olub
14 Noyabr 2024 17:12
Kralın xanımı Akademik Musiqili Teatrın qonağı olubFOTO,VİDEO
14 Noyabr 2024 17:34
Mədəniyyət naziri Akademik Musiqili Teatrın qonağı oldu
07 Noyabr 2024 10:16
Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub FOTO
04 Dekabr 2025 12:04
Akademik Musiqili Teatrın premyeraları maraqla qarşılandı
20 Dekabr 2024 20:11
Baxış sayı:120
Bu xəbər 14 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları