Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub FOTO
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun məşhur “Yatmış gözəl” nağılının motivləri əsasında rejissor Anar Babalının səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” tamaşası oynanılıb.
Balaca teatrsevərlərin hər zaman böyük maraqla izlədiyi tamaşanın budəfəki qonaqları arasında həssas əhali qruplarından olan uşaq evinin sakinləri də olub.
Onlar rəngarəng səhnə tərtibatlı, əyləncə dolu səhnə əsərini böyük maraqla qarşılayıb və xoş təəssüratını bildiriblər.
Uşaq evinin loqopedi Tahirə Məmmədova müəssisənin rəhbərliyi və uşaqlar adından Musiqili Teatrın kollektivinə təşəkkür edib. O, xoşbəxt sonluqla bitən bu nağıl-tamaşanın uşaqların dünyagörüşünə, əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayıb.
Qeyd edək ki, belə görüşlər Musiqili Teatrın növbəti sosial layihələrindən biridir və davamlı şəkildə həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















