Kran suyundakı gizli təhlükələr
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qaynadılmamış, yəni adi kran suyu içmək potensial olaraq təhlükəlidir. Çünki maye ilə birlikdə orqanizmə viruslar, bakteriyalar və parazitlər daxil ola bilər".
Moderator.az xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı infeksionist həkim, tibb elmləri doktoru Vladimir Neronov deyib.
"Mümkün patogenlərə hepatit A virusları, rotaviruslar və noroviruslar daxildir. Bunlar bağırsaq infeksiyalarına, eləcə də qaraciyər zədələnməsinə səbəb ola bilər. Eyni zamanda, suyun normal bakterioloji göstəriciləri belə onun virus təhlükəsizliyinə zəmanət vermir", - deyə həkim bildirib.
Mütəxəssisin sözlərinə görə, kran suyunun təhlükəsizlik dərəcəsi onun təmizlənmə keyfiyyətindən və konkret regiondakı şəbəkələrin vəziyyətindən asılıdır:
"Yaxşı su təmizləmə sistemi olduqda belə, xüsusilə, qəzalar və ya sanitar normalarının pozulması zamanı yoluxma riskini tam istisna etmək mümkün deyil".
Rusiyalı alim risklərin azaldılması üçün suyun qaynadılmasını, sertifikatlaşdırılmış filtrlərdən istifadəni, ultrabənövşəyi emalı və ya mərkəzləşdirilmiş xlorlamanı tövsiyə edir. Həmçinin o, əsas gigiyena qaydalarına əməl etməyi, meyvə və tərəvəzləri yaxşıca yumağı, eləcə də əhalinin ən həssas qruplarının sağlamlıq vəziyyətini nəzərə almağı məsləhət görür.
Baxış sayı:134
Bu xəbər 26 Aprel 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















