Icma.az
close
up
RU
Krant və bulaq suyunu necə ayırd edə bilərik KONKRET

Krant və bulaq suyunu necə ayırd edə bilərik KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Su insan həyatı üçün ən vacib olan qida maddəsidir. Nə rəngi, nə dadı, nə də qoxusu var. İnsan sağlamlığı üçün suyun keyfiyyəti çox vacibdir. Gündəlik həyatda ən çox rastlaşdığımız su növləri bulaq və kran suyudur. Bir çoxumuz düşünürük ki, su elə sudur da. Nə fərqi var. Amma əslində bu iki su növü arasında həm mənşə, həm tərkib, həm də sağlamlığa təsir baxımından ciddi fərqlər var. Bulaq suyu təbii yeraltı su mənbələrindən süzülərək yer üzərinə çıxan sudur. Bu su torpaq və süxur qatlarından keçdiyi üçün təbii filtrasiya prosesindən keçir. Bu proses zamanı suyun tərkibində insan orqanizmi üçün faydalı olan kalsium, maqnezium, kalium kimi mineralları daxil olur. Bu baxımdan bulaq suyunun dadı kran suyundan bir qədər fərqli olur. Əsl bulaq suyunda xlor qoxusu olmur. Su içildikdən sonra ağızda yad dad saxlamır”.

Asim Vəliyev

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“Krant suyu isə əsasən çay, göl, su anbarlarından götürülür. Təmizləmə qurğularında emal olunur və boru xətləri ilə evlərə çatdırılır. Bu proses zamanı suyun mikrobioloji cəhətdən təhlükəsiz olması üçün xlor və ya xlor tərkibli maddələrdən istifadə edilir. Xlor mikroorqanizmləri öldürür. Amma eyni zamanda suya özünəməxsus qoxu və dad verir. Bir çoxumuz kran suyunu açan kimi hiss etdiyimiz kəskin qoxu bu səbəbdəndir.

Bulaq suyu ilə kran suyunu ayırd etməyin bir neçə sadə yolu var. İlk növbədə qoxuya diqqət etməliyik. Əgər suda xloru xatırladan kəskin qoxu varsa, bu, böyük ehtimalla kran suyudur. Bulaq suyu isə adətən qoxusuz olur. Dad da vacib göstəricidir. Kran suyu bəzən acımtıl, ya da metal dadı verir. Bu dad köhnə boru xətlərindən, sudakı xlor, digər kimyəvi maddələrdən qaynaqlana bilir. Bulaq suyu isə daha təbii və yüngül dada malik olur”.

Ekspert qeyd edir ki, digər bir fərq suyun qaynadıldıqdan sonra verdiyi reaksiyadır.

“Krant suyu qaynadıldıqda qabın dibində ağ çöküntü, ya təbəqə yarana bilir. Bu hal sudakı əhəng və duzların çökməsi ilə bağlıdır. Bulaq suyunda da mineral çox ola bilər. Amma bu çöküntü adətən daha təbii və az miqdarda olur. Həmçinin kran suyu qaynadıldıqdan sonra bəzən qoxu daha da güclənir. Bulaq suyunda isə belə hala az rast gəlinir.

Vacib bir məqama diqqət etməliyik. Hər bulaq suyu avtomatik olaraq təhlükəsiz demək deyil. Xüsusilə yaşayış məntəqələrinə yaxın, nəzarətsiz bulaqlar çirkab suları, heyvan tullantıları və ya ağır metallarla çirklənmiş ola bilər. Şəhər ətrafındakı bəzi bulaq adlandırılan mənbələr əslində sadəcə yeraltı suların üzə çıxmış formasıdır. Gigiyenik nəzarətdən keçmir. Bu cür sular vizual olaraq təmiz görünsə də, mikrobioloji baxımdan risk daşıyır”.

A.Vəliyev vurğulayır ki, kran suyunun isə əsas üstünlüyü dövlət nəzarətində olmasıdır.

“Müəyyən normativlərə uyğun olaraq təmizlənir və mütəmadi analizlərdən keçirilir. Nəzərə almalıyıq ki, köhnə boru xətləri, paslanmış sistemlər və uzun məsafəli daşınma prosesi suyun keyfiyyətini aşağı sala bilər. Bu səbəbdən krant suyunu birbaşa içmək əvəzinə filtrdən keçiririk və ya qaynadaraq istifadə edirik”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri