Icma.az
close
up
RU
Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?

Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Pərviz Heydərov yazır...

İqtisadiyyatın əsas qanunlardan biri budur ki, loru dildə ifadə etsək, borc alıb, borc verməsən heç vaxt irəli gedə, artım əldə və inkişaf edə bilməzsən. Odur ki, inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr borclanmaya gedirlər. Yəni, başqalarına borc vəsaitləri verməklə yanaşı, özləri də borc alırlar. Bütün bunları nəyə görə yazdığımı sonda qeyd edəcəm.

İnsanlar da belədirlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istər fərdi, istərsə də adi ev təsərrüfatına sahib hər bir kəs bu və ya digər xərclərini qarşılamaq üçün kredit təşkilatlarına müraciət edərək borc vəsaiti əldə edirlər. Həmin vəsaitləri vaxtında geri qaytarmadıqda isə problemli kreditlər deyilən, məbləğ yaranır. Sonda da bu borc vəsaiti yük olaraq ya kredit təşkilatlarının belində qalır, ya da dövlətin...

Problemli kreditlər Azərbaycan üçün başıbəlalı məsələdir. 2015-ci ildə ardıcıl iki devalvasiyadan sonra bu məsələnin hansı səviyyəyə gəlib çatdığı və necə həll olunduğu yaxşı yadımızdadır. Əgər, Prezident İlham Əliyev vaxtında müdaxilə etməsəydi az qala iki milyard manatadək yaxınlaşan vaxtı ötmüş kredit vəsaitləri o dövrdə bank sektorunu demək olar, çökdürəcəkdi. Hansı ki, bu, ölkə iqtisadiyyatı üçün böyük faciəyə səbəb olacaqdı.

Lakin, həmin dərsdən nəticə çıxarmışıqmı? Belə görünür ki, xeyr.

Problemli kreditlər yenə də var və özü də getdikcə artmaqdadır. 2025-ci il fevralın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib. Mərkəzi Bankının məlumatına görə, bu göstərici cari il yanvar ayının 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çox deməkdir. Ümumiyyətlə, ölkədə problemli kreditlərin məbləği son 1 ildə 4.6% və ya 21 milyon manat artıb.

Səbəb nədir?

Problemli kreditlərin o vaxt da, indi də artmasında əsas səbəb istehlak kreditləri sayılır. Yəni, əhalinin qeyri ölçü-biçili şəkildə istehlak xarakterli borc vəsaitləri almağa getməsi, həmçinin kredit təşkilatlarının da məhz sözügedən kreditləri düşünülməmiş şəkildə maliyyələşdirməyə meyl etmələri geri ödənişli öhdəliklər üzrə borcları şişirdir...

Belə ki, banklar daha tez qazanc götürmək məqsədilə uzunmüddətli deyil, qısamüddətli kreditləşdirmədə maraqlıdırlar. Odur ki, istehlak kreditlərinə də əhalini bir çox halda onların özləri təşviq edirlər.

Bu zaman bəzilərinin israr etməyə çalışdıqları kimi, əhalinin sosial-iqtisadi durumu və sair ilə bağlı amillər borclanmanın genişlənməsində heç də hər hansı bir rol oynamır. Yəni, demək istədiyim budur ki, heç bir vətəndaş dolanmaq üçün, məsələn, ərzaq əldə etmək məqsədilə kredit yükünün altına girmir. Problemli kreditlər ən çox bahalı mal və istehlak məhsulların əldə edilməsi sayəsində yaranır.

Əlbəttə, burada obyektiv səbəblər də var. Belə ki, vətəndaş bu gün əldə etdiyi gəlirə əsasən bankdan müəyyən məbləğdə kredit alır, amma məsələn, altı aydan sonra ya həmin gəlir mənbəyini itirir, yaxud da sözügedən gəlir inflyasiyaya uğrayır.

Lakin bu hallarda da günah banklarda sayılır. Yəni, problemli kreditlərin artmasında əsas rolu bankların kreditləşdirmə siyasəti oynayır. Və ən başlıca səbəb də məhz bunda axtarılmalıdır.

Məsələ bundadır ki, banklar da daxil kredit təşkilatları özləri borc vəsaitlərini heç bir halda və qaydada ölçü-biçili şəkildə vermirlər. Sığortaya gəldikdə isə qabaqcadan yalnız, bir vasitəyə arxalanırlar ki, faizləri bacardıqca yüksək səviyyədə saxlayırlar. Halbuki, bu özü, verilən kreditlər üzrə geri ödənişdə problem yaradan elə, ən başlıca səbəb sayılır.

Yeri gəlmişkən, yuxarıda toxundum ki, borc almanın genişlənməsində bəziləri israr edir ki, əhalinin sosial-iqtisadi durumu və sair mühüm rol oynayır. Ancaq gəlin görək, ölkədə problemli kreditlərin ən çox hissəsi məhz hansı şəhər və rayonların payına düşür.

1 yanvar 2025-ci il tarixinə Azərbaycanda problemli kreditlər 395.9 milyon manat təşkil edirdi ki, bunun da böyük hissəsi - 300.5 milyon manat Bakının payına düşüb. Sumqayıtda 13.2 milyon manat, Gəncədə 11 milyon manat, Abşeronda 5.9 milyon manat olub.

Zaqatalada problemli kreditlər 5.3 milyon manat, Şəmkirdə 4.3 milyon manat, Yevlaxda isə 4 milyon manat təşkil edib. İlk onluğa Xaçmaz (3.7 milyon manat), Bərdə (3.6 milyon manat) rayonları, Naxçıvan şəhəri (3.4 milyon manat) daxil sayılıb.

Problemli kreditlərin ən aşağı səviyyəsi isə 0.1 milyon manatla Naftalan şəhərinə, Ağdam, Şabran, Yardımlı, Oğuz, Lerik, Füzuli və Daşkəsən rayonlarına, 0.2 milyon manatla isə Qobustan, Kəngərli, Qusar, Qax, Astara, Samux və Balakən rayonlarına, 0.3 milyon manatla isə Ağsu, Culfa, Zərdab, Gədəbəy, Hacıqabula aid olub.

Göründüyü kimi, məşğulluq da, gəlir mənbələri də, dolanışıq səviyyəsi də rayonlara nisbətən daha yaxşı və əlverişli olduğu halda Bakı liderdir. Ancaq, ən çox kredit alanlar da paytaxt şəhərindədir, krediti qaytara bilməyənlər də...

Qayıdıram girişdə abzasda yazdığıma... Bəli, borc alıb, borc verməsən irəli getmək, artım əldə və inkişaf etmək mümkün deyil. Məsələn, ABŞ dünyada bir nömrəli borclu olan ölkədir, lakin həm də bir nömrəli iqtisadi gücə malik ölkədir. Demək istədiyim budur ki, krediti əldə etməmişdən öncə gəlir və xərclərin götür-qoy edilməsi, sığorta amilləri, qısa desəm "ayağın yorğana görə uzadılması" prinsipi mütləq nəzərə alınmalıdır.

Müxtəlif fors-major halları, inflyasiya amili, devalvasiya və sair kimi amil və gözləntilərin nəzərə alınması kredit təşkilatlarının vəzifəsidir. Ancaq vətəndaş da borclanmaya kortəbii şəkildə və şüurla getməməli, banklar isə öz növbələrində istehlak kreditləşdirməsində cari məqsədlər güdməməli, asan və sürətli qazanc əldə etmək maraqlarına xidmət göstərməməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri