Icma.az
close
up
RU
Uşaqlarda yaş sindromları nə ilə əlaqədardır? PSİXOLOQ AÇIQLADI

Uşaqlarda yaş sindromları nə ilə əlaqədardır? PSİXOLOQ AÇIQLADI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Uşaq psixologiyası müəyyən yaş dövrlərinə bölünür. Bu bölgülərin əsas məqsədi – uşaqların hansı yaş mərhələsində hansı psixoloji inkişafa malik olduqlarını, hansı çətinliklərlə qarşılaşdıqlarını və bu dövrlərdə valideynlərin hansı mövqedə dayanmalı olduqlarını müəyyən etməkdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, psixoloji inkişaf zamanı müxtəlif yaş böhranları müşahidə olunur. Ən çox rast gəlinənlər arasında 3 yaş böhranı, 7 yaş böhranı və yeniyetməlik dövründə meydana çıxan mənlik böhranı qeyd oluna bilər: "Bu dövrlərin hər biri uşağın psixoloji və emosional inkişafında əhəmiyyətli mərhələ hesab olunur. Kiçik yaşlı uşaqlarda xüsusilə 3 yaş böhranı özünü aydın şəkildə göstərir. Bu dövrdə uşaqlarda "mənlik" anlayışı formalaşmağa başlayır. Onlarda müstəqil davranışa meyl artır: "özüm edəcəm", "özüm bacaracam" kimi ifadələr və davranışlar sıx-sıx müşahidə olunur. Əgər uşaq istədiyini əldə edə bilmirsə, aqressiv və emosional davranışlar sərgiləyə bilər. Bu, valideyn üçün çətinlik yaratsa da, əslində uşağın psixoloji inkişafının təbii bir mərhələsidir. Oğlan uşaqlarında ataya qarşı müəyyən qədər soyuma və anaya emosional bağlılıq yaranır. Qız uşaqlarında isə bunun əksi baş verir – ata ilə daha sıx emosional münasibət, ana ilə isə müəyyən məsafə müşahidə oluna bilər.

Bu mərhələdə valideynlərin davranışı olduqca önəmlidir. Onlar uşağın böhran yaşadığını anlamalı, səbirli olmalı, sərt cəza və qadağalardan uzaq durmalıdırlar. Ən böyük səhvlərdən biri isə uşağı sakitləşdirmək üçün ona telefon və ya planşet verməkdir. Bu, qısamüddətli həll kimi görünsə də, uzunmüddətli dövrdə uşaqda texnoloji asılılığın formalaşmasına səbəb ola bilər.

7 yaş böhranı adətən məktəbə başlama dövrü ilə üst-üstə düşür. Bu mərhələdə uşaq sosial mühitə daxil olur, məktəb və müəllimlər ilə yeni münasibətlər qurur. Oxuma və yazma kimi əsas bacarıqların öyrənilməsi bəzən uşaqlar üçün çətin və stressli ola bilər. Əgər uşaq dərslərdə çətinlik çəkirsə və ya aşağı qiymətlər alırsa, bu zaman özünəqapanma, motivasiya itkisi və ya aqressiv davranışlar müşahidə edilə bilər. Bəzi uşaqlar dərsdən uzaqlaşmağa və təhsildən soyumağa meylli olurlar.

Əgər uşaq 3 yaş böhranını valideyn dəstəyi ilə sağlam şəkildə keçibsə, bu onun 7 yaş böhranına da daha rahat uyğunlaşmasına kömək edir. Eyni zamanda bu, gələcəkdə – 12-13 yaşlarında başlayan yeniyetməlik böhranını da daha balanslı və sakit şəkildə keçirməsinə zəmin yaradır. Nəticə etibarilə, uşaqların psixoloji inkişaf dövrləri ardıcıl və bir-biri ilə əlaqəlidir. Valideynlər bu mərhələlərdə uşaqlarına anlayışla yanaşmalı, onların emosional ehtiyaclarını nəzərə almalı və düzgün istiqamətləndirmə aparmalıdırlar. Uşağın hər bir yaş böhranı onun şəxsiyyətinin formalaşması üçün bir fürsətdir. Bu fürsəti düzgün dəyərləndirmək isə valideynlərin, müəllimlərin və ümumilikdə böyüklərin məsuliyyətidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri