Icma.az
close
up
RU
Şəxsi məlumatlarımız TƏHLÜKƏDƏ: Boşluqların olması nə ilə əlaqədardır?

Şəxsi məlumatlarımız TƏHLÜKƏDƏ: Boşluqların olması nə ilə əlaqədardır?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı yoxlamalar və monitorinqlər nəticəsində dövlət qurumlarının 625 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Tək 2024-cü ilin sentyabrda isə 78 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da bir il əvvələ nisbətən 42 faiz çoxdur. Xatırladaq ki, bu rəqəm hər il artan istiqamətdə inkişaf edir. Dövlət qurumlarının informasiya sistemlərində boşluqların olması nə ilə əlaqədardır? Bu boşluqların olması saxlanılan məlumatlarımızın təhlükəsizliyini risk altına atırmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"İnformasiya sistemlərinə müdaxilə etmək mümkündür"

İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyevin sözlərinə görə, təhlükəsizlik boşluqları dedikdə, hansısa proqram və yaxud aparat təminatında olan boşluqlar nəzərdə tutulur: "O boşluqlar vasitəsilə informasiya sistemlərinə müdaxilə etmək mümkündür. Məsələn, hər hansı özəl və ya dövlət müəssisəsinin saytı var və müəyyən proqram təminatı ilə çalışır. Bu proqram təminatının hər hansı birində bilinən və ya bilinməyən çatışmazlıq, boşluq olanda istehsalçısı onu istifadəçilər üçün əlçatan etdiyi anda həmin proqram təminatının kodları müxtəlif şəxslər tərəfindən təhlillərə, analizlərə məruz qalır. Kodların araşdırılması nəticəsində müəyyən olunur ki, proqram təminatını kodlayan şəxs orada boşluqlara yol verib və müdaxilə etmək olur. Sonra isə bu boşluqlar aşkarlanır və aradan qaldırılır".

Boşluqları yaradan səbəblər

Ekspertin fikrincə, təhlükəsizlik boşluqları insan məsuliyyətsizliyinin, yaxud bu sahədə kifayət qədər məlumatı olmayan mütəxəssisin yol verdiyi xəta nəticəsində yarana bilər: "Məsələn, məlumatların olduğu proqram təminatının yerləşdiyi server otağının qapısı açıq qalarsa, yaxud orada təhlükəsizliklə bağlı tələblər gözlənilmirsə, buradakı boşluğun səbəbi mütəxəssisdir. Yaxud proqram təminatını hazırlayanlar problemi öncədən görə bilmir və sonradan həmin kodların xətalı olduğu üzə çıxır. Bunu da aradan qaldırmaq üçün yenilənmələr edilir".

F.Mirəliyev boşluqların hər il artmasına da münasibət bildirdi: "Boşluqların ildən ilə artmasının səbəbi odur ki, bundan əvvəl daha az müəssisələr yoxlanılırdı, yaxud daha az informasiya sistemləri var idi. Məsələn, hər hansı təşkilatın keçən il saytı yox idisə, bu il artıq var. Keçən il hansısa informasiya sistemində boşluq olmayıb, lakin bir il sonra proqram təminatı yenilənməyib deyə, hakerlər və ya digər təşəbbüs qrupları tərəfindən təhlükəsizliklə bağlı boşluqlar aşkarlanır".

Həm təhlükədəyik, həm də deyilik

Ekspertin sözlərinə görə, təhlükəsizlik boşluğu aşkarlanıbsa, deməli, həmin informasiya sistemləri və onların yerləşdiyi şəbəkələr və alt şəbəkələr risk qrupuna aid edilir. Məsələn, hər hansı bir saytda təhlükəsizlik boşluğu var və bu aradan qaldırılmayıbsa, orada hər an insident baş verə bilər: "Sayt müəssisənin daxilində və ya kənarda yerləşdirilə bilər. Kənardadırsa, orada qorxu yoxdur, çünki mühit qorunur. Amma ola bilər ki, kənarda qorunan saytlardan biri ələ keçirilsin. Bu zaman digərlərinə də daxil ola bilərlər. Daxildədirsə, bu zaman şirkətin bütün infrastrukturu risk altına düşür. Orada informasiya sistemləri saxlanılırsa, risk yaranır. Amma bu hallar nisbidir. Konkret "təhlükədəyik" deyə bilmərik".

F.Mirəliyev bildirdi ki, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün kompleks tədbirlərin icra olunması tələb edilir: "Hər bir standartın tələblərinin yerinə yetirilməsi nəticəsində təhlükəsizliklə bağlı riskləri azaltmış olurlar. Məsələn, proqram təminatında yeniləmələr icra olunmursa, bu, edilməlidir. Əgər kompüter avadanlığının fiziki təhlükəsizliyi təmin oluna bilmirsə, təhlükəsizlik təmin olunmalıdır".

Təhlükəsizliyi artırmaq üçün nə etməliyik?

Kibertəhlükəsizlik platformasının rəhbəri Şahin Əliyevin fikrincə, köhnə proqram təminatlarında təhlükə riski yüksək idi, lakin hazırda onlar demək olar ki, aradan qaldırılıb: "Həm özəl, həm də dövlət qurumlarında islahatlar başlayıb, yeni proqramlar inkişaf etdirilir. Bəzi proqramların daxilində də versiyası köhnə olan datalar yenilənir. Köhnə versiyalarda müəyyən qədər boşluq ola bilir. Bu da istifadə olunan kodlaşma dilinin versiyalarına görədir. Heç bir şəkildə yüz faizlik təhlükəsizlik mövcud deyil. İslahatlar, yeni sistemlərin tətbiqi təhlükəsizliyi artırmaq üçündür. Yəni hazırda böyük risklər yoxdur".

Ş.Əliyev bildirdi ki, əslində boşluqların aşkarlanması müsbət hadisədir: "Sistemlərdə olan boşluqlar aşkarlanırsa, bu, ölkəmizdə kibertəhlükəsizliyin inkişaf etdiyini göstərir. Bunun qarşısının alınması üçün də yeni texnologiyalar istifadə olunur. Boşluqların yaranma səbəbləri inkişafdır. Artıq ölkəmiz qlobal miqyasda kibertəhlükəsizlik üzrə 195 ölkə arasında 12-13-cü yerlərdədir".

Ekspertin sözlərinə görə, unudulan və yaxud dövlət qurumlarının daxilində elə saytlar var ki, onların versiyaları köhnədir. Bu səbəbdən qurumlar çalışmalıdırlar ki, sistemlərini daim yeni tutsunlar: "İstifadə olunan kodlara baxılmalıdır. Həm özəl, həm də dövlət qurumları bunun üçün sistemlərinə yatırım etməlidirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see336

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see223

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see220

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see142

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see138

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see125

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see122

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri