“Kredit büroları haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdim etmək məsuliyyətindən azad edilirlər.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı “Kredit büroları haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"Cebheinfo.az"
Baxış sayı:162
Bu xəbər 07 Mart 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















