Icma.az
close
up
RU
Kredit götürənlərin NƏZƏRİNƏ: “Qara siyahı”ya düşməyəcək

Kredit götürənlərin NƏZƏRİNƏ: “Qara siyahı”ya düşməyəcək

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Kredit mal sahəsində edilən dəyişiklik nisyə mal alqı-satqısında şərtləri dəyişir. 

Milli.Az xəbər verir ki, belə ki, illik nisyə mal satışı 100 min manatdan yuxarı olan sahibkarlar bu barədə kredit bürosuna məlumat verməlidirlər. Yeni qərara əsasən, sahibkarlar bu öhtəliklərdən azad olur.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliyin edilməsi vətəndaşlar üçün alqı-satqı müqavilələrin daha qısa müddətdə bağlanmasına və dəyəri sonradan ödənilən müqavilələrin artmasına səbəb olacaq. 

"Nəzərə alsaq ki, əvvəlki tələblərə əsasən, məlumatın təqdim edilməsinə ehtiyac vardı və məlumat təqdim olunmadığı halda qeyri-leqal hesab olunurdu. Məlumatın təqdim olunması, qeydiyyatdan keçirilməsi müəyyən zaman tələb edirdi. Yeni qərarda isə həm zamana, həm vəsaitə qənaət hesab edilir. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəri aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə "qara siyahıya" bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq.\". 

Deputat qeyd edib ki, kreditə əşya alan və ödənişi gecikdirən şəxslər haqda məlumat əks olunmayacaq. Yeni qərar banklara da təsirsiz ötüşməyəcək. Yeni qərara əsasən, banklar daha çox əməliyyatlar həyata keçirə biləcəklər. 

Bəs bütün bu dəyişiklik vətəndaşın ödəniş qabiliyyətinin düzgün qiymətləndirilməməsinə gətirib çıxarda bilər? 

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, məlumatların kredit bürosuna təqdim edilməsi şəffaflığa imkan verəcək. Bu da müsbət nəticələrə səbəb ola bilər. 

Ekspert hesab edir ki, şirkətlərin pul məbləğlərini təqdim etməsi kifayət qədər inzibati işlər daha mükəmməl mühasibatlıq sistemi tələb edir. Eləcə də buna nəzarət mexanizmi çətin idi. Yeni qərarın da məhz bu kimi amillər əsas götürülərək verildiyi güman edilir. 

Aysel Əkbər
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri