Icma.az
close
up
RU
Adı “qara siyahı”ya düşənlərin NƏZƏRİNƏ Bu yolla kredit götürə BİLƏRSİNİZ

Adı “qara siyahı”ya düşənlərin NƏZƏRİNƏ Bu yolla kredit götürə BİLƏRSİNİZ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi bir çox vətəndaşlar banklardan kredit götürə bilmir. Səbəbsə çox sadədir. Beləki, 2016-cı ildəki devalvasiyadan sonra bank və bank olmayan kredit təşkilatları ilə vətəndaşlar arasında ciddi problem yaşandı. Əhalinin böyük hissəsi götürdükləri kreditləri vaxtında ödəyə bilmədi. Nəticədə, vətəndaşların xeyli hissəsi bankların “qara siyahı”sına düşdü. Bu gün adı “qara siyahı”ya düşən həmin vətəndaşlar kredit götürə bilmir. 
Bəs, adı “qara siyahı”ya düşən şəxslər hansı halda yenidən kredit götürə bilər?
Suala iqtisadçı ekspert  Əkrəm Həsənov aydınlıq gətirib. O Bizim.Media-ya açıqlamasında bildirib ki, el arasında “qara siyahı” deyilən məfhum vətəndaşların Kredit Bürosundakı kredit tarixçəsidir: 
“Bildiyimiz kimi, banklardan və bank olmayan kredit təşkilatlarından kredit götürmüş hər bir vətəndaşın kredit tarixçəsi var. Ona görə də bu tarixçəni dəyişmək olmaz. Yəni vətəndaş kreditin geri ödənilməsində gecikməyə yol veribsə, bu onun kredit tarixçəsində hər zaman qalacaq. Axı, vətəndaşın gecikdirmə faktını necə gizlətmək olar ki?! Bu məsələdə gecikmənin hansı səbəbdən baş verməsinin heç bir əhəmiyyəti yoxdur”.
Girov qoyularsa...
Müsahibimiz onu da əlavə edib ki, əslində banka və yaxud bank olmayan kredit təşkilatına qadağan edilmir ki, gecikməsi olmuş vətəndaşa kredit verilməsin:
“Kredit verilə bilər. Bunda heç bir məhdudiyyət yoxdur. Sadəcə, bank və bank olmayan kredit təşkilatı ehtiyatlanır ki, bu vətəndaşın gecikməsi olub və bu hal yenə təkrarlana bilər. Belə vəziyyətdə vətəndaşın yeganə çıxış yolu az məbləğdə kredit götürməsidir. Bu kreditə görə banka yüksək əməkhaqqı olan zaminlər aparmalıdır. Ya da ki, əmlakını girov qoymalıdır. Məsələn, 20 min manatlıq avtomobilini girov qoyan vətəndaşa bank məmnuniyyətlə 2 min manat kredit verəcək.
Bu vəziyyətdə bank heç baxmayacaq ki, keçmişdə nə olub. Vətəndaş yeni götürdüyü krediti vaxtlı-vaxtında ödəsə tədricən bank qarşısında etimad qazanacaq. Növbəti dəfə vətəndaş daha çox kredit götürə biləcək. Beləcə, bankın vətəndaşa inamı bərpa olunacaq və kreditdəki əvvəlki xoşagəlməz tarixcə arxa plana keçəcək.”
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri