Icma.az
close
up
RU
“Kredit götürüb ehsan vermək nə dini, nə də insani baxımdan doğrudur” Tural İrfan

“Kredit götürüb ehsan vermək nə dini, nə də insani baxımdan doğrudur” Tural İrfan

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Yas mərasimləri bu gün cəmiyyətimizdə dini mahiyyətindən çıxaraq, adət adı ilə israfçılıq və təmtərağın sərgiləndiyi tədbirlərə çevrilib. Vəfat etmiş insanın ailəsi dərd içində ikən, onu ehsan süfrələri qurmağa, yemək verməyə, borc götürməyə vadar edən bir sistem yaranıb. Bu sistem nə dinə, nə də insanlığa uyğundur”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan yas mərasimlərindəki israfçılıq və yanlış dini ənənələr mövzusu ilə bağlı fikirlərini şərh edərkən deyib.

İlahiyyatçı vurğulayıb ki, İslam dinində yas sahibi insanlara yemək verməli, çadır qurmalı və süfrə açmalıdır kimi bir göstəriş yoxdur:

“Əksinə, dini mənbələrdə Peyğəmbərimizin tövsiyəsi odur ki, mərhumun ailəsinə yemək aparılsın, ona yardım göstərilsin. Amma bu gün biz nə görürük?

Yas mərasimlərində bəzən vəfat etmiş şəxsin mirası hələ bölünməmişkən, onun yetim uşaqlarının payı hesabına “ehsan” adı ilə yemək hazırlanır. Bu isə açıq şəkildə yetim malının yeyilməsi deməkdir. Qurani-Kərimdə bu, ən böyük günahlardan biri kimi göstərilir.

Daha acınacaqlısı isə borc dəftəri tutulması, pul siyahılarının hazırlanmasıdır. Ehsan təmənnasız edilən bir savab əməldir. Borc alıb, kredit götürüb ehsan vermək nə dini, nə də insani baxımdan doğrudur. İnsanlar bir-birinə mesaj yazır, “mən sənin yasında bu qədər pul yazdırmışdım, indi növbə səndədir” deyə narazılıq edirlər. Bu artıq ibadət yox, ticarətə çevrilmiş bir münasibətdir.

Bu sual haqlıdır: Yasda yetim malı yemək və borc dəftəri qoymaq hansı dinə uyğundur? Cavab aydındır – heç bir dinə. Bunlar sonradan yaranmış yanlış ənənələrdir. Həm İslam dini, həm də sağlam ağıl bizə deyir ki, yas sahibi dəstək görməlidir, çətinliyə salınmamalıdır.

İsrafçılığa, riyakarlığa, maddi sıxıntıya səbəb olan bu yas adətlərinə yenidən baxmağın və cəmiyyətimizi bu yanlışlardan təmizləməyin vaxtı çoxdan çatıb”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri