Icma.az
close
up
RU
“Seyidlik farsların uydurmasıdır” Tural İrfan

“Seyidlik farsların uydurmasıdır” Tural İrfan

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Seyidlik anlayışı illərdir cəmiyyətdə mübahisəli mövzulardan biridir. Bəziləri bunu İslamın içindən doğan ali mənəvi status kimi qəbul edir, bəziləri isə bu anlayışın tarixdə sonradan formalaşaraq müəyyən qrupların sosial və dini üstünlük qazanmaq məqsədi daşıdığını iddia edir.
Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirir ki, İslamda “seyidlik” adlı rəsmi, imtiyazlı bir təbəqə anlayışı yoxdur.
Onun sözlərinə görə, bu fikir sonralar, xüsusilə farslar tərəfindən ortaya atılıb və məqsəd özlərini uydurma şəcərə ilə Peyğəmbər nəslinə bağlayaraq cəmiyyətdə xüsusi mövqe qazanmaq olub:
“İslamda insanlar yalnız iman və təqvalarına görə fərqlənirlər. Soy və nəsil üstünlüyü dini baxımdan əsaslı deyil. Qurani-Kərimdə Allah peyğəmbərlər arasında belə fərq qoymur. Heç Peyğəmbərin öz dövründə də onun ailəsinə xüsusi imtiyaz tanınmayıb,” - deyə Tural İrfan vurğulayıb.
Tarixdə “seyid” sayılan, lakin İslamın prinsiplərinə zidd davranan nümunələrin çox olduğunu deyən Tural İrfan Osmanlıya xəyanət edən Şərif Hüseyni, eləcə də Azərbaycan ziyalılarını repressiyaya məruz qoyan Mircəfər Bağırovu misal göstərib:
“Əgər peyğəmbər nəslindən olmaq insanı müqəddəsləşdirirsə, bəs onda bu insanların günahları necə izah olunur? Bu gün bir çoxları “seyidəm” deyə nəzir-toplayır, hörmət gözləyir. Halbuki İslamda belə bir təbəqə yoxdur. Bu, hind və fars dinlərindən gələn təsirlər nəticəsində sonradan İslama sızmış bir anlayışdır,” - deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri