Icma.az
close
up
RU
Kredit kartı ilə böyük məbləğlər əldə etmək dövrü bitir: Borclanmalar təhlükəli həddə çatıb

Kredit kartı ilə böyük məbləğlər əldə etmək dövrü bitir: Borclanmalar təhlükəli həddə çatıb

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Kredit kartlarına limit qoyulur. Əlbəttə, daha mürəkkəb cümlələrdən istifadə etmək olardı. Amma Mərkəzi Bankın borclanma mexanizmini sərtləşdirməsi ilə bağlı daha sadə ifadələr işlətmək lazımdır. Yeni qaydalar kredit kartı ilə böyük məbləğlər əldə etmək dövrünü başa çatdırır.

Bizimyol.info xəbər verir ki, kredit kartı ilə borcalanın yeni limiti müəyyənləşdirilir. Bundan sonra yalnız rəsmi gəlirin beş misli qədər məbləğ əldə etmək mümkün olacaq. Məbləğ təyin olunanda həmin şəxsin başqa banklar qarşısındakı öhdəlikləri də nəzərə alınacaq. Yəni digər borclar təyin olunan məbləğdən çıxılacaq.

Ekspertlərin açıqlamaları arasında yeni qaydaların vətəndaşları gəlirlərini rəsmiləşdirməyə sövq edəcəyi barədə fikirlərə də rast gəldik. Açıqı, biz bu fikirdə deyilik. Hələlik rəsmi gəlirlərin rəsmiləşdirilməsi daha çox könüllü əsasla yox, inzibati yollarla həyata keçirilir.

Mərkəzi Bankın birdən-birə bu məsələyə xüsusi diqqət ayırması təsadüfi deyil. Problemli kreditlərin həcmi dayanmadan artır. 2025-ci il iyunun sonunda ölkədə vaxtı keçmiş kreditlərin həcmi 527 milyon manat olub. Mərkəzi Bankın açıqlamasına görə, həmin rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,7 milyon manat (16,8 faiz), bu ilin may ayının sonu ilə müqayisədə isə 19,1 milyon manat (3,8 faiz) çoxdur. Ümumilikdə bankların 2025-ci ilin ikinci rübünün sonuna əhaliyə verdiyi istehlak kreditlərinin həcmi ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 8,9 milyard manata yüksəlib.

Açıq-aşkar görünür ki, problemli kreditlərin həcmi arzuolunmaz səviyyəyə çatıb. İş orasındadır ki, bankların ayrı-ayrılıqdakı hesabatları vəziyyətin daha ağır olduğunu göstərir. İstehlak kreditlərinə bu qədər böyük ehtiyac yalnız sosial durumun bərbad olmasından xəbər verir. Mərkəzi Bank qaydaları sərtləşdirməklə böhranı yumşaldacağını düşünür.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Avqust 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri