Icma.az
close
up
RU
Problemli kreditlər təhlükəli həddə çatıb?

Problemli kreditlər təhlükəli həddə çatıb?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur. 

Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb. Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub. 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, problemli kreditlərin ümumi həcmi hələlik təhlükəli həddə deyil:

"Təhlükəli olan artım tendensiyasıdır. Son zamanlar problemli kreditlərin sayı sürətlə artır. Bu, artıq həyəcan təbili çalmağa yetərlidir. Dünyada problemi kreditlər ümumi kredit portfelinə nisbətdə 3%-ə çatırsa və keçirsə, bu, daha təhlükəli sayılır. Hələlik bu rəqəmə çatılmasa da, artım tendendiyası sürətlidir”. 

O bildirib ki, bunun da əsas səbəbi bankların daha çox istehlak kreditinə yönəlməlidir: 

“İstehlak kreditlər də riskli kreditlər hesab olunur, çünki müddəti az, faizi isə çox olur. Belə olduğu halda vətəndaşlar bəzən bir bankdan götürdüyü krediti digər bankdan kredit götürməklə bağlayırlar. Həm bu məsələ, həm də ümumilikdə faizlərin yüksək olması problemli kreditlərin artmasına səbəb olur". 

Ləman İsmayıl 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see355

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see311

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see244

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see234

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see203

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see186

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see186

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see178

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see169

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see169

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see167

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see167

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see167

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see166

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see161

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see154

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see154

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see151

Azərbaycanlı idmançı bürünc medal qazandı

17 İyun 2026 09:29see147

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri