Kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 mlrd. manatdan çox artıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 488 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5% və ya 1 milyard 13 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 785 milyon manatı elektron ticarət, 1 milyard 449 milyon manatı POS-terminallar, 1 milyard 16 milyon manatı bankomatlar, 238 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il sentyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 113 min təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















