Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manata yaxın artıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7,3 milyard manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.8% və ya 992 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4,2 milyard manatı elektron ticarət, 1 milyard 629 milyon manatı POS-terminallar, 1 milyard 138 milyon manatı bankomatlar, 269 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 116 min təşkil edib.
Bu mövzuda digər xəbərlər:Kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 mlrd. manatdan çox artıb
08 Oktyabr 2025 15:00
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
08 Yanvar 2025 13:19
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb
04 Dekabr 2024 16:20
Baxış sayı:29
Bu xəbər 11 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















