Icma.az
close
up
RU
Kredit tarixçəsinə mənfi təsir göstərən HALLAR

Kredit tarixçəsinə mənfi təsir göstərən HALLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətəndaşların kredit tarixçələri banklar və kredit təşkilatları üçün əsas göstərici meyarları hesab edilir. Hər bir gecikmə və ya borc vətəndaşın kredit tarixçəsinə mənfi təsir edir. Lakin son tətbiq edilən qaydalardan sonra bu proses nisbətən dəyişib. 

Modern.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə deyib ki, kredit tarixçəsinə zərər vura biləcək əsas hallar arasında kredit və ya kredit kartı ödənişlərinin gecikdirilməsi, ümumiyyətlə ödənilməməsi, məhkəmə qərarları ilə icra proseslərinə düşmək, zəmanət verilmiş kreditlərin ödənilməməsi, çoxsaylı və qısa müddətli kredit müraciətləri və gəlirlə müqayisədə həddən artıq borclanma kimi faktorlar var.

"Hər hansı bir ödənişin gecikdirilməsi və ya yarımçıq ödənilməsi tarixçədə mənfi qeyd kimi görünür. Əgər, borc ümumiyyətlə ödənmirsə və məsələ məhkəmə və icraya çıxırsa, bu artıq ciddi risk siqnalı sayılır", - açıqlamada qeyd olunub.

Vəkil söyləyib ki, götürülən kredit banka və ya kredit təşkilatına ödənilmədikdə kreditor bu “Notariat haqqında” Qanunun 15-ci fəslində və “İcra haqqında” Qanunun 6-8-ci maddələrində nəzərdə tutulmuş icra qeydi vasitəsilə və ya Mülki Prosessual Məcəllənin 2-ci bölməsinin 12-ci fəslində nəzərdə tutulmuş iddia icraatı qaydasında borcunun ödənilməsini tələb edə bilər. Bu zaman çıxarılmış məhkəmə qətnamələri vətəndaşın arzusunda olduğu növbəti kredit müqaviləsinin üzərindən xətt çəkə bilər.

Eyni zamanda, banklara qısa müddətdə bir neçə dəfə kredit üçün müraciət edilməsi də maliyyə təlaşı və risk göstəricisi kimi qiymətləndirilə bilər. 

Üstəlik, gəlir az, borc isə çoxdursa, bu da kredit tarixçəsinin riskli olduğuna işarə edir və bankların qərarlarına təsir edir. Yəni hər bir halda vətəndaşın kredit tarixçəsi və kreditlə bağlı digər məlumatları kredit büroları tərəfindən toplanır, saxlanır, təhlil edilir.

Zərif Sofiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri