Icma.az
close
up
RU
“Kreditə silah aldım, niyyətim icra başçısını öldürmək idi” Dəhşətli faktlar

“Kreditə silah aldım, niyyətim icra başçısını öldürmək idi” Dəhşətli faktlar

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qanunsuz silah gəzdirməkdə və narkotik vasitələrdən istifadə etməkdə ittiham olunan Füzuli rayonunun Mahmudlu-2 kənd sakini, 1980-ci il təvəllüdlü Vasifin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, həmçinin Füzuli Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı və Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısını öldürmək niyyətində olub.

İttihama görə, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə əvvəllər məhkumluq həyatı yaşayıb. O, ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi çəkisi 737,88 qram olan qurudulmuş marixuananı yaşadığı Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evinə aparıb. Narkotiki evin həyətyanı sahəsindəki kolluqda iki şüşə bankanın içərisində saxlayıb.

Bundan başqa, qanunsuz olaraq əldə etdiyi qaz tapançasını Mahmudlu-2 kəndində yaşadığı evə gətirib və həyətyanı sahədəki yarımçıq tikilidə göy rəngli sellofan torbanın içərisində saxlayıb.

Təqsirləndirilən şəxsin arvadı və övladı qurudulmuş marixuananın saxlanıldığı kolluğu, həmçinin, qaz tapançası gizlədilmiş yarımçıq tikilini 17 avqust 2024-cü ildə, saat 11:00-da polis əməkdaşlarına təqdim ediblər.

Füzuli rayon polis şöbəsi əməkdaşları tərəfindən həmin yerlərə qeyd olunan tarixdə və saatda baxış keçirilərkən Vasifin qanunsuz olaraq əldə edərək həmin kolluqda gizlətməklə saxladığı şüşə bankanın içərisində təmiz çəkisi 625,0 qram, digər şüşə bankanın içində polietilen torbada təmiz çəkisi 72,62 qram, doqquz ədəd kibrit qutusunda təmiz çəkiləri 4,61 qram, 4,48 qram, 4,44 qram, 4,71 qram, 4,33 qram, 4,39 qram, 4,47 qram, 4,43 qram, 4,40 qram marixuana, həmin tikilidə saxladığı qaz tapançası aşkar edilib.

İstintaq orqanı tərəfindən Vasifin barəsində Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

“Atamın ölümü ilə bağlı artıq dördüncü dəfədir ki, tutuluram”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vasif ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan 2009-cu ildən istifadə edir, bir dəfə Rusiya Federasiyasında, iki dəfə isə Azərbaycanda məhkum olunub:

“Hər hansı psixi xəstəliyim yoxdur. 2005-ci ilin oktyabr ayında Rusiyada olduğum vaxt atam öz ad günü ərəfəsində qətlə yetirildi. Rusiyadan gəldim, vəkil tutaraq cinayət işini araşdırdım, iş uzandı. Sonradan cinayət işi araşdırılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Atamın ölümünü anamla bacımın üstünə yıxdılar. Atamın ölümü ilə bağlı mən özüm artıq dördüncü dəfədir tutuluram”.

“Bacısı qızını gətirəcəyini dedi”

Vasif qeyd edib ki, Bakı şəhərində Səməd bəy Mehmandarov küçəsində yaşayıb, sonra başqa ünvana köçüb: “Arvadım ifadəsində səhv qeyd edib. Təzə kirayənin adını çəkilməyib. 1 iyul 2024-cü ildə general Əliağa Şıxlinski küçəsinə köçmüşəm. 7 iyulda Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən evimə, anama baş çəkməyə və həyətdəki körpə ağacları sulamağa getmişəm.

İyulun 12 -də Bakı şəhərinə qayıtdım. Evə gələndə arvadım Günel mənə evin açarının itdiyini dedi, axşam tərəfi onun əmisi oğlu evimə gəldi. Bu barədə videokamera görüntüləri oldu. Günel zəng edərək qardaşıngilin yük hazırladığını, onu götürməli olduğumu bildirdi. Mən də narahat olmamağı, məsələdən xəbərimin olduğunu bildirdim.

Sonra Günel yenidən zəng edərək oğlum Məhəmmədin ona verilən təzə evin açarını itirdiyini dedi. Cavabda ona narahat olmamağı, gələrək açarı tapacağımı, əks halda yenidən çıxartdıracağımı bildirdim.

“20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən arvadım zəng etdi, harada olduğumu, nə vaxt çatacağımı soruşdu. Avtobusda olduğumu, haradasa otuz-qırx dəqiqəyə çatacağımı bildirdim. Evə çatandan sonra oğlum Məhəmməd məni qarşıladı, yanbayan iki lift vardı.

Liftdə olarkən oğlumdan açarı harada itirdiyini soruşdum. Oğlum da açarı mindiyimiz liftdə itirdiyini bildirdi. Liftə nəzər yetirdim. Hörgünün arasına baxdıqda açarın düşməsi üçün məsafənin olmadığını gördüm. Bu barədə uşağın üstünə çox getmədim. Oğlumla birlikdə yükləri evə daşıdıq. Güneldən yemək istədim. O da yemək hazır olmadığını, işə gedəcəyini, müştərilərin gözlədiyini bildirdi.

Ondan heç olmasa, gətirdiyim kənd məhsullarını yerləşdirməsini istədim. Aramızda narazılıq yarandı. Günel tələsdiyini, evin yolunu tanımayan bacısı qızını da evə gətirəcəyini söylədi. Nə qədər israr etsəm də, oğlumla birlikdə getdilər. On ikinci mərtəbədə kirayə qaldığımız evin qapısı üç dəfəyə bağlanırdı. Evdə gətirdiyim yükləri yerbəyer etdim. Yuyunaraq otağa keçdim”.

“Müştərinin gəlmədiyini bildirdi”

Vasif bildirib ki, marixuana istifadəçisi olduğundan otaqda nəşənin qoxusunu hiss edib: “Özümə məxsus siyirmənin altında şəxsi istifadəm üçün narkotik vasitə vardı. Qoxunun həmin narkotikdən gəldiyini zənn etdim, siyirmənin ağzına kağız qoydum ki, kənar şəxs açanda bilim. Siyirmədə şəxsi əşyalarımı, pulları, mikrokartları saxlayırdım. Külqabı siyirmənin üzərində deyildi.

Siyirmədə saxladığım pullar da yoxa çıxmışdı və bütün bunlar məndə təəccüb yaradırdı.

Günel barəmdə olan informasiyaları öz əmisi oğluna, əmisi oğlu da əmilərinə ötürürüb. İlk vaxtlar nə baş verdiyini anlamamışam. Evdə axtarışa davam edim. Paltar dolabında torba tapdım, içərisində mənə məxsus olmayan nəşə və dörd büküm metamfetamin olub. Həmin qanunsuz predmetlərin üzərinə zibil tökdüm və əvvəlki kirayədə yaşadığım binada gizlətmək istədim ki, bu məsələni araşdırım.

Evdən çıxarkən fikirləşdim ki, on-on iki gün qabaq Günel kənddə olarkən məcbur mənim şəklimi çəkib. Mən özüm şəkil çəkdirməyi xoşlayan biri olmamışam. Günelin həmin şəkli polisə verməsini, polisin də məni şəkildən tanıyaraq tuta biləcəyini düşündüm.

Evimdən tapdığım torbadakı qanunsuz predmətləri elə torbadaca binanın blokunda təmirdən qalmış sement kağızlarının arasında gizlətdim. Evə qayıtdım və bacım qızı Gülşanəyə zəng elədim. Gülşanə “28 May” metrostansiyasından çıxdığını, Günelin iş yerinə gedib, oradan da bizə gələcəyini bildirdi.

Sonra Güneli yığdım. Günel müştəri gözlədiyini dedi. Mən isə ona evdən çıxarkən müştərinin artıq onu gözlədiyini dediyini bildirdim. O da müştərinin hələ də gəlmədiyini söylədi. Günelə evə gələndə xəbər etməsini, gedəsi yeri olduğunu dedim”.

“Kənar adamların olduğunu hiss etdim”

Vasifin ifadəsinə görə, hər dəfə rayona gedib gələndə külqabımın təmiz olduğunu, halbuki evdə olanda təmizlənmədiyini, həmin predmetin qoyduğu yerdə olmaması kimi şübhəli halları müşahidə edib:

“Pulların itməsi, evimdən marixuana çıxması və bütün bunların ailəmlə nə əlaqəsi olması barədə düşünmüşəm. Bir müddət sonra bacım qızı Gülşanə və arvadım Günel evə gəldilər. Böyük qayınım zavodda işlədiyi üçün çaxır gətirdi. Gülşanəyə içəsi olsalar, Günelə çoxlu çaxır içizdirməyi tapşırdım. Özüm isə yemək yedikdən sonra fikirli şəkildə otağıma getdim.

Günellə Gülşanə içkidən təsirlənərək şənlənməyə başladılar. Məhəmməd də onlarla birlikdəydi. Həmin gün Günel otağımda qaldı. Onu sorğu-suala tutdum. Bu zaman evə gəlib-gedən kənar adamların olduğunu hiss etdim. Günel yatandan sonra gecə gedib torbanı evə gətirdim. İçərisindəki dörd büküm metamfetamini sanitar qovşağa tulladım ki, onlarla birlikdə tutulacağım halda məsuliyyətim ağır ola bilər, qalan narkotik vasitəni isə yapışqan lentlə sarıyaraq evdən başqa yerə qoydum”.

“Özünə qəsd edəcəyindən qorxdum”

Vasifin ifadəsinə görə, səhəri gün bacısı qızı Gülşanə getdikdən sonra arvadı Günelin mobil telefonunu sorğu-sualsız araşdırmağa başlayıb:

“Gecə də telefonu axtardım, lakin tapa bilmədim. Günelin telefonundan müəyyən etdim ki, iyulun 8-də saat yeddinin yarısından on birin yarısına kimi Günel evdə olmayıb. Həftənin birinci günləri Məhəmməd Günelin iş yerinin yanında – “Xalqlar Dostluğu” metrosu yaxınlığında idmana gedib. Arvadımın votsap üzərindən danışıqlarına qulaq asdım, onun maşında hərəkət etməsini, ümumilikdə dörd saat yolda olmasını müəyyən etdim.

Güneldən harada olmasını soruşdum. Cavabında işdə olduğunu deyərək mənə etirazını bildirdi. Günelə onu kimin idarə etdiyini, ondan evə kimin gəlib-getdiyini, evdə nələrin baş verdiyini soruşdum.Cavabında heç kimlə əlaqəsi olmadığını bildirdi. Günelə evdən 30.000 manat pulun oğurlandığını söylədim.

Hansı evdən oğurlandığını soruşanda, belə nəticəyə gəldim ki, gələn şəxs kimdirsə, hər iki kirayə evə gəlib-gedib. Günelə yaşadığımız evdən deyil, kənddəki evdən oğurluq olduğunu bildirdim. Onu ağır formada vurdum, Məhəmməd aşağı düşəndən sonra Günel öz otağına getdi. Qapını bağlayandan sonra onun ünvanına nalayiq ifadələr işlətdim.

Günelə yalvararaq qapını açmasını istədim. Çünki özünə qəsd edəcəyindən qorxdum”.

“Niyyətim öldürmək olub”

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 28-də 5.000 manat müqabilində narkotik vasitə almayıb: “Kredit götürmüşəm, o pula silah almaq istəmişəm. Atamın barəsində olan cinayət işinə hüquq-mühafizə orqanları tərəfindən baxılmadığı üçün silah almaq qərarına gəldim. Alacağım silahla Füzuli rayon polis şöbəsinin keçmiş əməkdaşını, ya da Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısını vurmaq niyyətində olmuşam. Çünki həmin şəxslərin atamın ölümü ilə əlaqələri olub.

Hazırda barəmdə gedən cinayət işinin də həmin şəxslərlə əlaqəsi var, evimə narkotik vasitə mənim tutulmağım üçün qoyulub. Özüm narkotik istifadəçisi olsam da, 50 qramdan artıq nəşə almamışam”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, 2011-ci ilə kimi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see209

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see155

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see137

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see132

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see131

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see126

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see125

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see125

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see124

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see123

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see123

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see123

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see122

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see120

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see119

Daha bir hava XƏBƏRDARLIĞI Leysan yağacaq, sel keçəcək

07 May 2025 16:18see119

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

07 May 2025 09:42see118

Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır

07 May 2025 08:48see116

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see115

Real Barselona dan nəyin qisasını almaq istəyir?

07 May 2025 17:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri