Icma.az
close
up
RU
“Olesyanı öldürmək niyyətim olmayıb MƏHKƏMƏ

“Olesyanı öldürmək niyyətim olmayıb MƏHKƏMƏ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda 1983-cü il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Olesyaya xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 yanvar 2024-cü ildə baş verib. Namiq orta dərəcəli sərxoş vəziyyətdə həmin gün, saat 23:30-da qaynanasının yaşadığı evdə arvadı Olesya ilə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib: “Olesyanı öldürmək niyyətim olmayıb. Neçə ədəd xəsarət  yetirdiyim yadımda deyil. Restoranda mübahisə etdiyim şəxslər dost yox, tanışlarım olub. Əsəblərimə tab gətirə bilmədiyim üçün hadisəni törətmişəm”.
İş üzrə zərərçəkmiş Olesyanın sözlərinə görə, uşaq bağçasında müəllimə işləyir: “Səhər saatlarında həkimə getdim. Həkimdən qayıdarkən yolda baldızımın həyat yoldaşı Vadimi gördüm. Evə qayıdarkən Vadim ilə birlikdə qayıtmışıq. Halım pis olduğu üçün Vadim mənim əlimdən tutdu. Evə çatana yaxın Namiqi gördük. Namiq qışqıra-qışqıra haradan gəldiyimizi soruşdu. Mən isə həkimdən gəldiyimi, yolda Vadimi gördüyümü və halımın pis olduğunu dedim. Evə gəldikdə sözlə mübahisələrimiz oldu, sonra uşaqları götürərək Vadimlə birlikdə getdik. Namiq mənə bıçaqla ardıcıl olaraq xəsarətlər yetirdi. Hadisə anı tam yadımda olmasa da, özümün otaqdan qaçaraq çıxdığımı xatırlayıram. Bu hadisəyə qədər aramızda ciddi münaqişə olmayıb. Namiq otağa daxil olarkən əlində bıçaq görməmişəm. Baş vermiş hadisədə heç kimi günahkar hesab etmir. Vadimlə sevgi münasibətmi olmayıb. Vadim də Namiqə “1 il ərzində Olesyaya 5 dəfə yazmışamsa böyük bir şeydir” sözlərini dedi. Vadim baldızımın həyat yoldaşıdır, bir evdə  yaşamışıq, ailəvi münaqişələr barədə yazışmışıq. Vadim mənim halımın pis olduğunu gördükdə əlimdən tutdu. Mən xəstə deyildim, can həkiminin yanına getmişdim”. 
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə rəsmi olaraq nikahdadırlar, boşanmaq üçün məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxslə barışmayıb, lakin onu bağışlayır, ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Yanvar 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri