Icma.az
close
up
RU
Krediti olanlara xoş xəbər Bu şirkət əvəzinizə ödəyə bilər KONKRET

Krediti olanlara xoş xəbər Bu şirkət əvəzinizə ödəyə bilər KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda kredit götürənlər üçün yeni sığorta növünün tətbiqi nəzərdə tutulur. Yeni mexanizm qüvvəyə minərsə, kredit götürən şəxs sonradan işini itirdiyi və aylıq ödənişləri etməkdə çətinlik çəkdiyi hallarda müəyyən şərtlər daxilində sığorta şirkəti onun kredit ödənişlərini qarşılaya bilər. Hazırda mexanizm üzrə son tamamlanma işləri aparılır və yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının detalları ictimaiyyətə açıqlayacağı gözlənilir.

Bəs bu sığortadan kimlər yararlana biləcək?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, kredit sığortalanması mexanizmi bu gün dünyanın əksər ölkələrində tətbiq olunur:

“Hazırda Azərbaycanda əsasən həyat sığortası tətbiq edilir. Bu halda sığortalı şəxs vəfat etdikdə və ya müəyyən hallarda əmək qabiliyyətini itirdikdə, kredit öhdəliyinin ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir. Beynəlxalq praktikada isə kredit riskinin sığortalanması da geniş yayılıb. Bu zaman vətəndaş götürdüyü krediti sığortalaya bilər. Əgər o, işini itirərsə və ya ondan asılı olmayan səbəblərdən kredit ödənişlərini həyata keçirə bilməzsə, müqavilənin şərtlərinə uyğun olaraq kredit ödənişləri sığorta şirkəti tərəfindən qarşılanır”.

V.Bayramovun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, kreditin sığortalanması onun ümumi dəyərinə də təsir göstərir:

“Çünki vətəndaş kreditini sığortalayarkən əlavə sığorta haqqı ödəyir və bu da aylıq ödənişlərin artmasına səbəb olur. Beləliklə, bir tərəfdən sığorta kredit risklərinin sığorta şirkəti tərəfindən qarşılanmasına imkan yaradır, digər tərəfdən isə borc alan üçün əlavə maliyyə yükü formalaşdırır. Buna baxmayaraq, kredit risklərinin sığortalanması həm vətəndaşın, həm də maliyyə institutlarının risklərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu mexanizmin kredit üzrə ümumi xərclərə və faktiki faiz yükünə müəyyən təsir göstərməsi də istisna deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyul 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri