Icma.az
close
up
RU
Krediti olanlara VACİB XƏBƏR KONKRET

Krediti olanlara VACİB XƏBƏR KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kredit münasibətlərində ən çox müzakirə olunan məsələlərdən biri də borcun təminat formalarıdır. Hazırda banklar və bank olmayan kredit təşkilatları əsasən zaminlik və girov mexanizmlərindən istifadə edirlər. Lakin mütəxəssislər zaman-zaman bu sistemin təkmilləşdirilməsi, xüsusilə də zaminliyin əvəzinə sığorta və ya zəmanət fondu kimi alternativ təminat formalarının tətbiqi imkanlarını gündəmə gətirirlər. Bəs, bu cür mexanizmlər real praktikada mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, banklar və digər borcverənlər, o cümlədən bank olmayan kredit təşkilatları (BOKT-lar) zaminlikdən daha çox girov təminatına üstünlük verirlər.

“Girov əmlakdır, zaminlik isə şəxs. Bu gün şəxsin pulu var, sabah isə maaşı olmaya bilər. Bu baxımdan girov banklar üçün daha etibarlı təminat üsuludur. Əgər girov varsa, əksər hallarda zaminlik tələb olunmur”, – ekspert qeyd edib.

Ə.Həsənov bildirib ki, borcalanlar çox vaxt girov vermək istəmirlər və kreditin zaminlik əsasında təmin olunmasına çalışırlar. Onun sözlərinə görə, sığorta və zəmanət fondu kimi mexanizmlər isə mahiyyət etibarilə oxşardır:

“Bu, o deməkdir ki, kiminsə borcu sığortalanır. Amma bu mexanizm təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də işlək deyil. Çünki borcalanlar bu sistemdən sui-istifadə edə bilərlər.”
Ekspert əlavə edib ki, sığorta şirkətləri borcalanın gəliri olmadıqda onun yerinə ödəniş etməyə razı olmazlar:

“Əgər şəxs işsizdirsə və gəliri yoxdursa, sığorta şirkəti niyə onun yerinə borcu bağlamalıdır? Bu halda ümumiyyətlə borcalanda məsuliyyət hissi itər. Bank üçün fərq yoxdur, pulu kim ödəyir. Amma sığorta şirkətləri belə riskə getməz.”

Əkrəm Həsənovun fikrincə, bu mexanizmlər Azərbaycan reallığında işlək deyil:

“Bizdə yalnız uzunmüddətli kreditlərdə borcalanın həyatının sığortalanması praktikası mövcuddur. Bunun xaricində sığorta və zəmanət fondlarının tətbiqi real deyil.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see275

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see267

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see247

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see224

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see221

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see220

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see218

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see216

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see216

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see208

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see200

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see200

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see198

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see193

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see190

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see187

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see185

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri