Icma.az
close
up
RU
Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur XƏBƏRDARLIQ

Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur XƏBƏRDARLIQ

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Mənə gələn zənglər, müraciətlər, şikayətlərdən görünən odur ki, banklar və bəzi bank olmayan kredit təşkilatları (BOKT) eləcə də, bəzi bank və BOKT-ların borclarını yığmaqla məşğul olan şirkətlər hansısa yolla insanların qohum-qonşularının, ailə üzvlərinin nömrəsini tapırlar və ya insanlara zəng edib onları hədələyirlər ki, borcunu bu gün ödəməsən, sənin iş yerinə qohumuna məlumat verəcəyik”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri hüquqşünas Zaur Quliyev deyib. O, bu cür bank və təşkilatların qanun pozuntusuna yol verdiyini söyləyib:

“Siz banklar vətəndaşlara kredit verəndə onların qohumları ilə məsləhətləşmişdiniz? Qohumlar razılıq vermişdi ki, o adamlar borcunu ödəməsə, siz onlara tanışlarına zəng edib narahat edəsiniz?

Burada bir neçə qanun pozuntusu var. Biri odur ki, siz zamin olmayan, öz əmlakını həmin borca görə girov qoymayan şəxsləri narahat edirsiniz. Bundan əlavə, kredit götürən şəxsin şəxsi məlumatlarını, bank sirlərini yayırsınız. Bu, hətta cinayət məsuliyyəti yaradır.

Ona görə də əgər bank sizi iş yerinizə, qohumlarınıza zən edəcəyi ilə bağlı şantaj edirsə, səsini yazıb birbaşa prokurorluğa müraciət etmək lazımdır. Eyni zamanda, sizə də qohum-qonşunun borcu ilə bağlı zəng gəlirsə, siz də gələn zənglərlə bağlı sübut toplayıb birbaşa prokurorluğa məlumat verməlisiniz”. 

Hüquqşünas vətəndaşlara xəbərdarlıq edib ki, bankların vətəndaşa 90 gündən artıq faiz yazmağa ixtiyarı yoxdur:

“Bank haqqında” Qanuna əsasən, bank gecikmələrinə görə, yalnız sonuncu ödəniş olunmalı taixdən 90 gün ərzində faiz hesablana bilər. 91-ci gün faiz hesablana bilməz. Sizə qarşı banklar məhkəmədə kredit tələbi ilə bağlı iddia qaldırsa, siz məhkəmədə iştirak edib 90 gündən artıq hesablanmış faiz, dəbbə, cərimələrin silinməsini tələb edə bilərsiniz. Zərurət olarsa, hətta şifahi vəsatat verib maliyyə ekspertizasının keçirilməsini tələb edə bilərsiniz”, - deyə o əlavə edib.

Billurə Yunus
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri