Icma.az
close
up
RU
Kreditini gətir, mənə borclan ... Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir

Kreditini gətir, mənə borclan ... Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən elə olur ki, bir neçə banka kredit borc olan şəxslərə banklar təklif edir ki, digər bankın borcunu ödəsin və müştəri tək o banka borclu qalsın. Məsələn; mənim 3 banka kreditim varsa, banklardan biri mənim ödəmə qabiliyyətimə baxaraq, məni öz daimi və güvənli müştərisinə çevirmək istəyir. Bu səbəbdən də mənə daha əlverişli üsul təklif edərək, yalnız onun müştərisi olmağım üçün addımlar atır. Bu proses banka nə qazandırır? Bu preosesdə müştərinin qazancı nə olur?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir bank yaxşı ödəniş qabiliyyəti olan müştərilərini artırmaqda maraqlıdır və onların bütün dövriyyəsini öz sisteminə daşımağı hədəfləyir.

Əkrəm Həsənov

“Bir şəxs əgər bir neçə bankda kredit götürübsə və ya götürə bilibsə, böyük ehtimalla bunun yaxşı ödəniş qabiliyyəti, gəliri və ya maaşı var. Əks halda, bir neçə bankdan gedib kredit götürə bilməzdi. İstənilən halda banklar yoxlayır. Sən artıq bir bankdan kredit götürmüsənsə, kredit bürosundakı tarixçəndə görünür. Sən başqa banka gedirsən, o da sənə kredit verir. Əgər sənə kredit verilirsə, bu da o deməkdir ki, sənin 2-3 krediti ödəmək üçün gəlirin kifayət qədərdir. Bu səbəbdən də banklar arasında belə müştərilər uğrunda böyük bir rəqabət var. Həmin banklar təklif edir ki, “Kreditini mənə gətir, sənin digər banklara olan borcunu bağlayım, sən ancaq mənə borclu ol”. Banklar bu prosesə maraqlıdır.

Qeyd edim ki, bu təklif hər müştəriyə edilmir. Məsələn; elə şəxslər var ki, bir neçə krediti var və heç birini də ödəyə bilmir. Ona heç kim belə bir təklif edə bilməz. Ancaq banklar baxırlar ki, şəxs bir neçə bankın kreditini ödəyə bilirsə, deməli, yaxşı müştəridir, o zaman faiz gəlirini bizə versin. Bu baxımdan banklar bu müştərilərə təklif edir və bəzən də aşağı faizlər təklif edirlər. Ümumiyyətlə, yaxşı müştəriyə aşağı faiz təklif edilir. Bu, normal haldır”-deyən iqtisadçı qeyd edib ki, vətəndaş da bankların bu təklifindən istifadə etməyi bacarmalıdır.

“Banklar arasındakı rəqabət kredit ödəyicisi üçün faydalıdır. Əgər müştəriyə bankdan belə bir təklif gələrsə, müştəri özü də faizin endirilməsini tələb edə bilər. Deyə bilər ki, “o zaman mənim üçün faizdə endirim edin”. Müştəri üçün də bir banka ödəniş etmək daha rahat olar. Bu baxımdan hər iki tərəf üçün yaxşı haldır”-deyə Əkrəm Həsənov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri