Icma.az
close
up
RU
Əhali kreditini ödəmir NİYƏ?

Əhali kreditini ödəmir NİYƏ?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü il dekabr ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib. 

Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir. 

Əhalinin krediti ödəyə bilməməsi nə ilə bağlıdır? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheindo.az”-a bildirib ki, beynəlxalq standartlara görə, problemli kreditlər ümumi kredit protfelinin 3 faizini keçəndə artıq təhlükəli sayılır:

“Azərbaycanda hələlik bu təhlükəli səviyyədən aşağıdır. Ancaq tendensiya olaraq baxsaq, son aylarda artım müşahidə olunur. 

Yəni bir il bundan qabaq 1 faizdən çox idi, indi 2 faizə yaxınlaşır. Tendensiya özlüyündə ondan xəbər verir ki, vaxtı keçmiş problemli kreditlərin həcmi artır”. 

Ekspert bildirib ki, bunun səbəbləri çoxdur:

“Əsas səbəblərindən biri bizdə istehlak kreditlərinin faiz nisbətində daha çox olması və istehlak kreditlərinin faizlərinin yüksəkliyidir. İstehlak kreditlərinə bankların marağı ona görə yüksəkdir ki, vətəndaşlara çox qısa müddətli,6-10 aylıq, 1 illik və yüksək faizli kreditlər verir. Vətəndaşlar da istədikləri əşyanı almaq və yaxud müxtəlif problemlərini həll etmək üçün nağd, qısamüddətli kreditlərə ehtiyacı olduğundan bəzən heç faizlərin onlara gətirdiyi yükü belə hesablamadan tez qərar verir və krediti götürürlər. Sonra qaytarmaqla bağlı problemlər yaşanır. Əsas səbəb kreditlərin faizinin yüksək olması və müddətin qısa olmasıdır. Azərbaycanda uzun illərdir ki, bu formatda kredit verilməsi hər dəfə artır. Qısamüddətli və yüksək faizli istehlak kreditləri artır ki, bu da banklara sərf edir, ancaq vətəndaşlar üçün əlavə yük yaradır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri