Icma.az
close
up
RU
Kreditini vaxtından əvvəl bağlayanların NƏZƏRİNƏ! Cərimələnə bilərsiniz

Kreditini vaxtından əvvəl bağlayanların NƏZƏRİNƏ! Cərimələnə bilərsiniz

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qanunvericiylə əsasən bankdan kredit götürən vətəndaş borcunu müntəzzəm ödəməlidir. Təbii ki, əsas məbləğı  və ona hesablanmış borcu. İnsanlar faiz ödənişlərinin çox olmaması üçün   imkan daxilində borclarını tez ödəməyə çalışırlar.  Belə olan halda bank müştərisinə güzəşt edirmi? 

Borcunu vaxtından tez  bağlayan şəxs  qalıq məbləğini  ödəyir, yoxsa faizi borcunu ödəməyə davam edir?

Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kredit üzrə faizlər qalıq borc üzərindən hesablanır və borcunu vaxtından əvvəl ödəyən şəxs əlavə faiz ödəmək məcburiyyətində qalmır:

“Məsələn, siz 1000 manat kredit götürmüsünüzsə, illik 20 faizlə bu məbləğin faizi 200 manatdır. Əgər müəyyən hissəni ödəyib borcunuzu 800 manata endirsəniz, faiz də 160 manata düşəcək. Yəni əsas borc azaldıqca faiz də azalır. Heç kim 10 min manat kredit götürdüyü halda hər zaman həmin məbləğin üzərindən faiz hesablamır. Hər dəfə qalıq məbləğə faiz tətbiq olunur və yeni borc öhdəliyi buna uyğun hesablanır”.

İqtisadçı vurğulayıb ki, vaxtından əvvəl borc bağlamaq istəyən şəxs yalnız qalıq borc və həmin günə qədər hesablanmış faizləri ödəyir:

“Məsələn, siz 10 min manat kredit götürmüsünüzsə, illik 20 faizlə bir ildə 2 min manat faiz ödəməli idiniz. Amma borcun bir hissəsini vaxtından əvvəl ödədiyiniz halda qalıq borcunuz 8 min manata enir. Faiz isə həmin tarixə qədər olan günlər üçün ayrıca hesablanır. İllik 20 faiz 365 günə bölünür və gündəlik faiz hesablanır. Siz yalnız bu hesablamalara uyğun olaraq borcu bağlayırsınız”.

X. Kərimli əlavə edib ki, bəzən müqavilələrdə borcun vaxtından əvvəl bağlanmasına görə cərimə və ya əlavə komissiya nəzərdə tutulur:

“Banklar adətən belə cərimələr tətbiq etmir, amma hər halda müqaviləni diqqətlə oxumaq lazımdır. Çünki bəzi hallarda bu şərtlər qeyd oluna bilər. Sözügedən məsələ təkcə banklarla yox, digər maliyyə və biznes qurumları ilə də bağlıdır”.

Vətəndaş borcunu tez ödəməklə öz xeyrinə addım atmış olur: həm kredit yükü azalır, həm də faiz ödənişi".

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri