Icma.az
close
up
RU
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.

Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.

"Unikal" xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetinə danışan sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil, daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır:

"Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri - yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır".

İ.Nəcəfov bildirib ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır:

"Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur".

Ekspertin fikrincə, tətbiq edilməsi gözlənilən yeni konsepsiya əvvəlki qaydalarla müqayisədə qat-qat ədalətli və çevikdir. Köhnə qaydalardakı ən böyük natamamlıq məbləğlərin hamı üçün eyni olması idi:

"Hövsanda 70 min manatlıq bir otaqlı panel evlə, Gənclikdəki 10 milyonluq villanın sığorta haqqı 50 manat təşkil edirdi. Çünki hər ikisi mülkiyyətin real dəyərindən asılı olmayaraq, 25 min manatlıq standart sığorta təminatı alırdı. Yeni konsepsiyada isə regionlar, şəhərin məskunlaşma dərəcəsi və zonalar üzrə sığorta haqqı və məbləğləri dəyişəcək".

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bütün dünyada məcburi xarakter daşıyan sığorta sistemi ölkəmizdə avtomobil və digər sahələrdə işləsə də, daşınmaz əmlak sektorunda hələ də tam tətbiq edilə bilmir: "Bunun əsas səbəbi ölkədə yüz minlərlə çıxarışı olmayan əmlakın mövcudluğudur. Qanunvericiliyə görə, hər hansı bir əmlakın sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır".

E.Fərzəliyevin fikrincə, məsələnin digər tərəfi isə çıxarışlı əmlak sahibləri arasında da sığortalanma səviyyəsinin aşağı olması və maarifləndirmənin çatışmazlığıdır: "Son beş ildə Bakı və Abşeron ərazisində satılan sənədli mənzillərin 60 faizindən çoxu ipoteka və ya daxili kreditlərlə alındığı üçün müqavilə müddəti bitənə qədər məcburi qaydada sığortalanır. Bu, çox müsbət haldır, çünki risk anında zərər dərhal qarşılanır. Lakin kreditdə olmayan sənədli mənzil sahibləri illik cəmi 50 manat ödəyərək 25 min manatlıq təminat almaqda maraqlı görünmürlər. Bakı şəhərində dəyəri yüz minlərdən milyonlara qədər dəyişən və minimal olaraq 400 manata kirayə verilən saysız-hesabsız mənzillər var. Təcrübə göstərir ki, yanğınlar, qısaqapanmalar və ya subasmalar kimi sığorta hadisələri məhz daha çox kirayə verilən evlərdə baş verir. Nəticədə zərərin ödənilməsi prosesi məhkəmələrə qədər uzanır. Halbuki sığorta vasitəsilə bu problemi sivil və sürətli şəkildə həll etmək olar".

Ekspert vurğulayıb ki, yeni icbari sığorta konsepsiyası hazırlanarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Mənzil istifadədədirsə, onun qazı, işığı, kommunal xətləri çəkilibsə və qeydiyyatı mövcuddursa, çıxarışın olub-olmamasından asılı olmayaraq, bu əmlak sığortalana bilməlidir:

"Yalnız sənədli evlərə məcburiyyət tətbiq etmək ikitirəlik yaradacaq, mənzillərin yarısı sığortalı, qalan yarısı isə sığortasız qalacaq. Buna görə də, yeni konsepsiyada sırf sənədsiz evlərin sığortaya cəlb edilməsi və ya onların sənədləşdirilməsi prosesinin sürətləndirilməsi istiqamətində addımlar atılmalıdır. Bu hal həm sığorta şirkətlərinin fəaliyyətini genişləndirər, həm də vətəndaşların təhlükəsizliyini təmin edər. Sığorta haqqının yığılması isə vətəndaşların mütəmadi ödədiyi kommunal xərclərə inteqrasiya oluna bilər. Avtomobillərin icbari sığortası da ilk vaxtlar narazılıqla qarşılanmışdı. Lakin sonradan qəzalar zamanı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənildiyini görən sürücülər bu gün nəinki icbari, hətta könüllü sığortalara belə özləri müraciət edirlər. Daşınmaz əmlak sığortasında da məhz bu cür inamın formalaşması vacibdir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Aprel 2026 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri