Icma.az
close
up
RU
Kreml Ağ Evlə münasibətlərin bərpası mərhələlərini açıqlayıb

Kreml Ağ Evlə münasibətlərin bərpası mərhələlərini açıqlayıb

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Co Bayden administrasiyası dövründə Rusiya və ABŞ arasında ikitərəfli dialoqun “faktiki olaraq sıfıra endirildiyini” deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin və Donald Trampın dialoqun bərpası üçün siyasi iradə nümayiş etdiriklərini bildirib.
Onun sözlərinə görə, indi ekspertlər səviyyəsində tərəflər onun dialoqun normallaşdırılması üzrə tədbirləri, xüsusən də diplomatik korpusların işini müzakirə edəcəklər.
“Gündəlikdə növbəti məsələ Ukrayna böhranının həlli məsələsidir. Sonra, xüsusən amerikalıların özləri bu barədə danışdıqları üçün, mümkün ticarət, iqtisadi və investisiya qarşılıqlı layihələrini nəzərdən keçirmək növbəsi gələcək. Bunun üçün çox geniş perspektivlər var”, - Kremlin sözçüsü deyib.
Bu baxımdan, əməkdaşlığın perspektivli sahələrindən biri ABŞ-nin ehtiyac duyduğu və Rusiyanın malik olduğu nadir yeraltı metallardır: “Bizim strateji resursların inkişafı ilə bağlı öz planlarımız var, lakin bu, əməkdaşlıq üçün kifayət qədər geniş perspektivlər açır. Ona görə də perspektivlər var, imkan var. Belə deyək, bunun üçün siyasi iradənin təzahürü məqamı gələndə biz açıq olacağıq”.
Putinin ABŞ-yə inanıb-inanmadığı barədə sualın cavabında Peskov deyib ki, hələ “bir çox addımlardan” ibarət “gedilməli ciddi yol” var. Son dörd ildə ikitərəfli münasibətlər “zədələnib” və “bu, bir gecədə bərpa oluna bilməz və qarşıda çox iş var”.
ABŞ və Rusiya təmsilçiləri bu gün Ər-Riyadda görüşəcəklər Qeyd edək ki, dünən Vladimir Putin Rusiyanın nadir yeraltı metalların hasilatı üzrə ABŞ da daxil olmaqla xarici tərəfdaşlarla birgə işləməyə hazır olduğunu açıqlayıb. Bundan əvvəl isə Trampın özü Rusiyanın faydalı qazıntılarına və digər “çox qiymətli ehtiyatlara” maraq göstərdiyini bildirmişdi. O, həmçinin Putinlə “böyük iqtisadi inkişaf sazişləri” və Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan söhbət açaraq, Rusiya ilə ABŞ-nin razılığa gələcəyinə əminliyini bildirib.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə olaraq fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ-nin yüksək rütbəli nümayəndələrinin görüşü baş tutub. Tərəflər səfirlik işçilərinin sayını bərpa etmək və hərbi əməliyyatları dayandırmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Eyni zamanda, diplomatik mənbələrə istinad edən Almaniyanın “Die Zeit” nəşri bu gün yenidən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətlərinin ikinci görüş keçirəcəklərini yazıb. Lakin Rusiya XİN-i özünün xətti ilə belə görüşün keçirilmədiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri