Icma.az
close
up
RU
Bakını Kreml və Ağ Evlə birləşdirən sənəd: Dəhlizə görə İrəvan vurulacaq , lakin...

Bakını Kreml və Ağ Evlə birləşdirən sənəd: Dəhlizə görə İrəvan vurulacaq , lakin...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında ABŞ-da əldə olunan razılaşmalar və üçtərəfli bəyanat fonunda Rusiyanın yanaşması diqqət çəkir. Moskva nisbətən təmkinli görünsə də, Xarici İşlər Nazirliyi səviyyəsində narahatlıq və narazılığını dilə gətirdi.

Digər tərəfdən, Azərbaycanın Ukraynadakı neft və qaz mərkəzləri də Rusiya ordusu tərəfindən hədəfə alınır. Həmçinin Ermənistanda yerləşən 102-ci bazaya da 200-ə yaxın rus hərbçinin göndərildiyi bildirilir.

Kreml həm Azərbaycana, həm də Ermənistana hansı maneələri yarada bilər? Bu, regiondakı güc balansına necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması əsasən Ermənistanı hədəf alıb:

Həmçinin oxuyun:

İran Zəngəzura hücum edə bilər: Azərbaycanla sərhəd bölgələrdə isə… – Xəbərdarlıq

“Bakı ilə bağlı burada hər hansı ciddi maneə yoxdur. Azərbaycanın ABŞ-la imzaladığı əsas sənəd 907-ci düzəlişin dondurulması və strateji əməkdaşlıq haqqında xartiyadır. Bənzər müqavilə Rusiya ilə də imzalanıb. Yəni Azərbaycanın hansı ölkə ilə hansı müqaviləni imzalayacağı, tamamilə rəsmi Bakının suveren qərarıdır.


Samir Hümbətov

Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə ABŞ şirkətlərinin nəzarət etməsi məsələsi isə birbaşa Rusiya və Ermənistanın həll etməli olduğu mövzudur, Azərbaycana aidiyyəti yoxdur. Moskva bu məsələdə həm Bakıya, həm də İrəvana qarşı ənənəvi təsir mexanizmlərindən istifadə edə bilərt. Lakin görünən odur ki, əsas təzyiq hədəfi Ermənistan olacaq.

ABŞ-la imzalanan müqavilə isə məhz bu istiqamətdə Azərbaycan və Ermənistanın üçüncü tərəflərin təsirindən yayınmasına xidmət edə bilər. Zaxarovanın açıqlamasındakı sərt ton və ultimatum xarakterli ifadələr İrəvana ünvanlanıb. O, Ermənistanı açıq şəkildə xəbərdar etmək niyyətindədir. Azərbaycan üçün isə bu açıqlamanın xüsusi bir əhəmiyyəti yoxdur. Çünki rəsmi Bakı öz xarici siyasət kursunu suveren qərarlarla müəyyən edir və imzaladığı sənədlər milli maraqlara əsaslanır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri