Icma.az
close
up
RU
Kreml Azərbaycana qarşı hibrid müharibə əməliyyatları həyata keçirməyə çalışır

Kreml Azərbaycana qarşı hibrid müharibə əməliyyatları həyata keçirməyə çalışır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Müstəmləkəçi sovet quruluşunun süqutundan artıq 34 il keçsə də, lakin çox təəssüf ki, müasir Azərbaycan cəmiyyətinin bəzi fərdlərinin düşüncə və yaddaşlarında hələ də qırmızı sovet imperiyasının - keçmiş SSRİ-nin izləri qalmaqda davam edir. Onlar sovet dövrünün xiffəti ilə yaşayır və öz milli dövlətimizə qarşı əks təbliğat aparırlar. Bu adamlar müstəqillyimizin əleyhinə çıxış edirlər. Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliği məqsədilə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntülərinin yayılması da bu acı həqiqəti təsdiqləyir.
Həmin videogörüntülərdə bir qrup şəxsin Bakıda mənfur SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərdiyi əks olunub. Lakin Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi operativ tədbirlər nəticəsində həmin şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak edən digər şəxslər saxlanılıb və onların barəsində cinayət işi başlanılıb. İlkin istintaq zamanı müəyyən edilib ki, bu şəxslər başqa bir dövlətin dəstəyi ilə maliyyələşib, ofis icarəyə götürərək qrup halında fəaliyyət göstəriblər. Onların ofisində aparılan baxış zamanı sovet-kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təşviq edən kitablar, CD-disklər və elektron daşıyıcılar aşkarlanıb.
Bütün bunlar onu göstərir ki, sözügedən şəxslər adi "obıvatel"lər deyil, milli dövlətçiliyimizə qarşı planlı, sistemli iş aparmaq üçün formalaşdırılmış gizli mütəşəkkil dəstənin üzvləridir. Onlar keçmiş SSRİ-nin təbliği adı altında, əslində, hazırkı Rusiyanın geosiyasi maraqlarına xidmət etmək üçün cəlb olunublar. Bu adamlar DİN tərəfindən vaxtında aşkarlanıb saxlanılmasaydı, çox güman ki, onlar Azərbaycana qarşı müəyyən təxribatlar da həyata keçirəcəkdilər. Kreml Azərbaycana və digər postsovet ölkələrinə qarşı məhz bu cür təxribatçıların, "beşinci kolon" üzvlərinin vasitəsilə "hibrid müharibə" əməliyyatları həyata keçirməyə çalışır.
Xatırlayırsınızsa, bir müddət əvvəl İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı da SSRİ bayrağı qaldırılmış və həmin tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovla yanaşı, bir sıra digər şəxslər yaxalarına çar Rusiyasının işğalçılıq rəmzi olan “Georgi lenti” taxmışdılar. O hadisədən sonra Saleh Səmədov vəzifəsindən uzaqlaşdırıldı və onun barəsində cinayət işi başlanıldı. Həmçinin, bugünlərdə Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən məlum qrup üzvlərinin barəsində də cinayət işi başlanılıb.
SSRİ simvollarının ictimai istifadəsi və təbliği qanunvericiliklə məhdudlaşdırıldığı halda, bu adamların şüurlu surətdə pozuculuq fəaliyyəti ilə məşğul olması sıradan bir xırda xuliqanlıq hadisəsi deyil. Onlar milli dövlətçiliyimizə qarşı açıq-aşkar zidd mövqe tuturlar. Bu cür anti-milli ünsürlərin sərt şəkildə cəzalandırılması çox vacibdir. "Bəlkə də qaytardılar" düşüncəsilə yaşayan "sovet uşaqları"nın həbsi digərlərinə də görk olar.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri