Icma.az
close
up
RU
Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi Elə şeylər olacaq ki...

Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi Elə şeylər olacaq ki...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslərin Rusiyanı kütləvi şəkildə tərk etməsi istiqamətində yayılan xəbərlər müzakirə obyekti olub. İddialara görə, artıq azərbaycanlı iş adamlarının siyahısı da hazırlanıb və onların ofislərinə ardıcıllıqla basqın ediləcək.

Bu proses necə irəliləyə bilər? Rusiyada sıxışdırılan azərbaycanlı oliqarxlar hara üz tutacaqlar?

Globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, həmin şəxslər yalnız Rusiya yox, digər ölkələrin də vətəndaşlığına sahibdirlər:

“Əksəriyyəti əsasən Rusiya vətəndaşıdır. Lakin Kremlin iş adamlarına qarşı ögey münasibəti ölkə sisteminin nə qədər qeyri-obyektiv olduğunu göstərir. Rəsmi Moskva etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni məsafədə davranmalıdır. Görünən odur ki, bu yanaşmanı qorumağa maraqları yoxdur. Hazırda Rusiyada yaşayıb maddi imkanı çox yüksək olan şəxslərin bir neçə pasportu var. Onlar arasında bəzi Avropa ölkələri, o cümlədən ABŞ vətəndaşlığı olanlar da mövcuddur. Lakin sanksiyalar səbəbindən bu şəxslərin qeyd edilən yerlərə köçməsi asan deyil”.

Natiq Cəfərli

N.Cəfərli qeyd edib ki, Azərbaycan hazırkı durumu fürsətə çevirə bilər:

Həmçinin oxuyun:

Putinin Bakıya göndərdiyi adam bu nazirimizin dostudur? – İDDİA

“Əgər Ruisyadakı iş adamlarımız öz vəsaitlərini Azərbaycana ötürmək və burada böyük investisiyalar etmək istəyirlərsə, onlara uyğun şərait yaradılmalıdır. Hər platformada Rusiyanın nə qədər millətçi və şovinist bir dövlət olduğu üzə çıxarılmalı və beynəlxalq aləmdə xüsusi vurğulanmalıdır. Çünki etnik mənsubiyyətinə görə vətəndaşlarına qarşı təqib həyata keçirmək natsizm və şovinizm xarakteri daşıyır. Bu cür yanaşmalar dünya tarixində mənfi qarşılanıb”.

Ağ Partiya sədri Tural Abbaslı isə bildirib ki, Rusiya həm xarici, həm də daxili aləmdə aqressiv siyasət həyata keçirir:

“Moskvanın hər cür addım atması mümkündür. İki ölkə arasında gərginlik artdıqca, Rusiya vətəndaşı olan, eyni zamanda Federasiyanın pasportunu daşıyan Azərbaycan əsilli şəxslərə, iş adamlarına, cinayətkar qrupların üzvlərinə və adi vətəndaşlara qarşı hücumlar yaşandı. Bu hadisələr təsadüfi deyil. Hətta bəzi Rusiya siyasi elitasının yüksək rütbəli üzvlərinin vətəndaşlığı ləğv edilib. Bir çox iş adamlarının ofislərinə basqınlar təşkil olunub və müxtəlif dövlət qurumları tərəfindən vergi yoxlamaları aparılıb”.

Tural Abbaslı

T.Abbaslının sözlərinə görə, Moskva-Bakı münasibətləri daha da gərginləşərsə, Rusiya bu siyasəti irəli apara və ölkədəki azərbaycanlı iş adamlarına müxtəlif təzyiqlər göstərməyə davam edəcək:

Onların ofislərinə basqınlar edilə, yoxlamalar aparıla, hətta övladları şərlənərək müxtəlif tələlərə salına və müəyyən tələblər irəli sürülə bilər. Həmçinin şəxsi fəaliyyətləri, vergi ödənişləri və digər bürokratik məsələlərin də araşdırılması mümkündür. Bu baxımdan, Rusiyadakı Azərbaycan əsilli iş adamlarının ehtiyatlı olmaları vacibdir. Ən yaxşı variant, öz bizneslərini ölkəmizə köçürməkdir. Ümumilikdə, Rusiya hakimiyyətindən hər cür təzyiq və vəhşilik gözlənilə bilər. Buna görə də Azərbaycan öz vətəndaşlarını qorumağa xüsusi diqqət yetirməlidir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri