Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Almaniyanın Ukrayna böhranının genişlənməsində təxribatçı rolunu mənfi qiymətləndirir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova bu fikirləri Almaniya XİN-in Rusiyanın təklif etdiyi “Pasxa atəşkəsi”nə mənfi münasibətini şərh edərkən səsləndirib. O, Berlini Kiyevə silah tədarük etməklə Ukrayna sakinlərini öldürməyi dayandırmağa çağırıb.
Xatırladaq ki, Pasxa ərəfəsində Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs elan etmişdi. Almaniya XİN bu atəşkəsə münasibət bildirərək demişdi:
“Almaniya Ukraynada Pasxa bayramı atəşkəsini mənfi qiymətləndirir və Rusiyanı Qələbənin 80 illiyi münasibətilə bir neçə günlük atəşkəs yerinə atəşin həmişəlik dayandırılmasına çağırır”.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 29 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















