Icma.az
close
up
RU
“Berlini vurmaq?”: Kreml kabinetlərində NARAHATLIQ ŞOK DETALLAR KONKRET

“Berlini vurmaq?”: Kreml kabinetlərində NARAHATLIQ ŞOK DETALLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Almaniyanın Ukraynaya uzaqmənzilli “Taurus” raketlərini təchiz edəcəyi ilə bağlı məlumatlar və Almaniya kansleri Fridrix Mersin bu raketlərin istifadəsində məsafə məhdudiyyətlərinin götürüldüyünü bəyan etməsi Moskvanın yüksək dairələrində ciddi narahatlıq yaradıb. Rusiyanın aparıcı təbliğatçılarından Marqarita Simonyan bildirib ki, “moskva kabinetlərində” bu silahların Moskvaya yönələcəyi təqdirdə Berlini vurmaq planları müzakirə olunur.

Bu cür hədələr və aqressiv ritorika artıq ciddi qəbul olunmur. Dörd ildir Ukraynada hərbi uğur əldə edə bilməyən Rusiya ordusunun NATO ilə qarşıdurmada üstünlük qazanmaq şansı demək olar ki, yoxdur. Hətta “Na Berlin!” kimi köhnəlmiş şüarlar da artıq Rusiyada ən sərt vətənpərvərlər arasında belə populyarlığını itirib. Yeganə istisna, görünür, hələ də bu təfəkkürdə olan Simonyandır.

Əslində isə məsələ təkcə “Taurus” raketləri ilə bitmir. Almaniyanın Ukrayna ilə hərbi əməkdaşlığı dərinləşdirməsi, o cümlədən birgə silah istehsalı və hava hücumundan müdafiə sistemlərinin inkişafı planları Moskvanı daha çox narahat edir. Diehl şirkəti ilə imzalanmış 2,2 milyard avroluq müqavilə və IRIS-T sistemlərinin tədarükü, eyni zamanda dronların birgə istehsalı bu niyyətin sübutudur.

Bütün bu proseslər fonunda Almaniyanın Avropanın yeni hərbi liderinə çevrilməsi ehtimalı güclənir. ABŞ-ın qlobal liderlikdən çəkildiyi şəraitdə Avropa öz müdafiəsini gücləndirməyə məcburdur. Xüsusilə də Rusiya təhdidini və ABŞ-ın dəstəkdən imtina edə biləcəyini nəzərə alan Avropa İttifaqı ölkələri, başda Almaniya olmaqla, daha sərt və strateji addımlar atır.

Ukraynaya ayrılmış 5 milyard avroluq yardım paketi Bundestaq tərəfindən təsdiqlənib. Bununla paralel olaraq Ukraynada 2500 km-ə qədər məsafəyə malik raketlərin inkişaf etdirilməsi də gündəmdədir. Bu isə “Taurus”ların imkanlarını da geridə qoyur.

Moskvanın gec də olsa anlayacağı bir reallıq var: uzunmüddətli müharibə Rusiyanın hərbi potensialını tükədərkən, Avropa və Ukrayna bu münaqişənin yaratdığı təhlükədən dərs çıxararaq güclənməyə başlayır. Kremlin təhdid ritorikası isə getdikcə daha boş səslənir.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 May 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri