Icma.az
close
up
RU
Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Moldovanın Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq məqsədilə parlament seçkilərinə müdaxilə etməyə hazırlaşır. 
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi əldə etdiyi sənədlərə istinadən xəbər yayıb.
 

Məlumata görə, Kreml hələ yaz aylarında təsdiqlədiyi strategiya prezident Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” Partiyasının 28 sentyabr seçkilərində dəstəyini zəiflətməyə yönəlib.

 
Planın əsas məqsədi Sandunu hakimiyyətdən uzaqlaşdırmaq və pro-Rusiya qüvvələrini önə çıxarmaqdır.
Sənədlərdə qeyd olunur ki, Moskva xaricdə yaşayan moldovanların səsverməyə cəlb olunması, kütləvi etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə genişmiqyaslı dezinformasiya kampaniyaları kimi müxtəlif vasitələrdən istifadə etməyi nəzərdə tutur.
Bundan başqa, Kreml gənclərdən, kriminal qruplaşmalardan və idman klublarından seçki günü və ondan sonra küçə toqquşmaları üçün istifadə etməyi planlaşdırdığı bildirilir.
Həmçinin, məmurlar üzərində təzyiq üçün kompromatın dövriyyəyə buraxılması və seçki komissiyalarının işinin pozulması nəzərdə tutulur. Dezinformasiya üçün isə Telegram, TikTok, Facebook və hətta “call-center”lərdən istifadə ediləcəyi vurğulanır.
Qeyd edək ki, Moldova strateji baxımdan Ukrayna və Rumıniya arasında yerləşdiyi üçün regiondakı geopolitik mübarizədə əsas məkan sayılır. Ötən il ölkədə Aİ-yə üzvlüklə bağlı referendum keçirilmiş, bu proses zamanı da Moskvanın müdaxiləsi ilə bağlı ittihamlar səslənmişdi. 
Prezident Sandu həmin vaxt Rusiyanın müdaxilə imkanları ilə bağlı xəbərdarlıq etmişdi.
“Kremlin məqsədi açıqdır – Moldovanı seçkilər yolu ilə ələ keçirmək, bizi Ukraynaya qarşı istifadə etmək və Avropa İttifaqına qarşı hibrid hücumlar üçün plasdarm çevirmək.”
 

Xatırladaq ki, Moldova polisi avqustda yüzlərlə TikTok hesabını bloklayıb, sentyabrda isə seçicilərin səsinin alınması ilə bağlı açılan işlər çərçivəsində 300 min dollardan çox məbləği müsadirə edib.


Avropa İttifaqı Kişinyovu dəstəklədiyini açıqlayıb. Avqustun sonunda Fransa, Almaniya və Polşa liderlərinin Moldovaya səfəri zamanı ölkənin Aİ-yə inteqrasiya kursunun qorunmasının vacibliyi vurğulanıb. Avropa tərəfi hesab edir ki, Rusiya seçkilərə müdaxilə üçün yüz milyonlarla dollar ayırıb və bununla təkcə pro-Rusiya qüvvələrini gücləndirməyi deyil, həm də siyasi rəqabət görüntüsü yaradaraq Sandunun mövqelərini zəiflətməyi hədəfləyir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri