Icma.az
close
up
RU
Kreml diqqətini Azərbaycana yönəldəcək

Kreml diqqətini Azərbaycana yönəldəcək

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni mövzu tapıblar. Bunların “məntiqinə” görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub. Bunu elə yazırlar ki, sanki Azərbaycanla münasibətlərin pozulmasında raketlə vurulan təyyarə olayı olmayıb, o cümlədən soydaşlarımız Rusiya şəhərlərində zorakılığa məruz qalmayıblar. Kreml müharibə başlayandan Ukrayna ərazilərini işğal etməklə yanaşı ukraynalıların qış aylarında donmasını, qazsız və elektriksiz qalmasını istəyir. Kreml 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayanda bu ölkəyə qarşı da eynisini arzulayırdı. Azərbaycan Gürcüstanın donmasına imkan vermədi, qonşumuzu neft və qazla təmin etdik. Tərəfdaşı ağır durumdan qurtarmaq lazım idi. Əlbəttə, Ukraynaya qazın nəqli məsələsində gəlir də düşünülüb, ancaq Gürcüstanın timsalında olduğu kimi Ukraynanın ayaqda qalması bizim üçün vacibdir.
Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” mesajını göndərdikdən sonra Kiyevin “bizə qaz lazımdır” xahişini müsbət cavablandırıb. Çinin xarici işlər naziri Van Yi Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasa “biz Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətini istəmirik, çünki əksi olarsa ABŞ diqqətini Çinə yönəldəcək” demişdi. Azərbaycan isə əksinə, Ukraynanın müharibədə məğlub olmasını istəmir, çünki əksi olarsa, Kreml “diqqətini” başqa ölkələrə, o cümlədən Azərbaycana yönəldəcək...
Elxan Şahinoğlu, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 İyul 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri