Kreml Azərbaycana qarşı təxribatlardan çəkinməlidir
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş verən olay sıradan bir hadisə deyil"
Newscenter.az xəbər verir ki, bunu politoloq Arzuman Muradlı deyib. O bildirib ki, baş verən hadisə Azərbaycan tərəfini növbəti dəfə təxribata cəkmək cəhdidir:
"Xatırladaq ki, bir neçə gün əvvəl də Rusiyanın bəzi media resurslarında da rus "ekspertlər" tərəfindən Azərbaycanı aşağılayan fikirlər əksini tapmışdı. İndi isə Rusiya şovinizmi bir qədər də irəli gedərək diplomatik nümayəndəliyimizi hədəf alıb".
Arzuman Muradlı deyir ki, bütün bu təxribatların səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsi və regionun lider dövlətinə çevrilməsidir:
"Həmçinin, burada Ukrayna amili də var. Bildiyiniz kimi, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar edir ki, bu da Rusiyanı heç bir əsas olmadan qıcıqlandırır. Azərbaycan istənilən ölkəyə humanitar yardım edə bilər və Bakının bu xoşməramlı missiyasına heç bir qüvvə təsir göstərə bilməz. Rusiya yaxşı olar ki, Azərbaycana qarşı təxribat xarakteri daşıyan addımlar atmaq əvəzinə, normal qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə üstünlük versin".
Politoloq deyib ki, Kreml Azərbaycana qarşı təxribatlardan çəkinməlidir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Kimlər suşi yeməkdən çəkinməlidir?
18 İyun 2026 18:10
Aİ: Avropa ABŞ ın qəzəbindən çəkinməlidir
29 May 2025 15:29
Həkim reklamlardan çəkinməlidir Professordan sərt TƏNQİD
10 Yanvar 2025 18:00
Si Çinpin: ABŞ birtərəfli ticarət məhdudiyyətlərindən çəkinməlidir
19 Sentyabr 2025 19:49
İnsan özü müdaxilədən çəkinməlidir EKSPERT DETALLARI AÇIQLADI
03 Fevral 2025 10:44
Baxış sayı:104
Bu xəbər 29 Avqust 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















