Icma.az
close
up
RU
Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi

Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbulda sülhə və yaxud atəşkəsə nail olmasa da, indi prezident Volodimir Zelenskinin əli nisbətən daha güclənmiş oldu... Rəsmi Kiyev Rusiyanın sülhə hazır olmadığı barədə reallığı ön plana çəkərək, ABŞ və Qərbi yenidən Ukraynaya hərbi dəstək verilməsinə çağırmaq hüququ qazandı...

Ölkə.az xəbər verir ki, ABŞ-ın Ukrayna böhranının nizamlanması üzrə danışıqlar masasından çəkilməsi, vasitəçilik missiyasından imtina etməsi Rusiya ətrafında olduqca ciddi hərbi-siyasi xaos yaradıb. Belə ki, Kremlin maksimalist davranışları Rusiyanın "savaş bataqlığı"ndan çıxmaq şansını məhdudlaşdırıb. Və Rusiya üçün yaranmış yeni təhlükəli situasiya Kremli ABŞ-ın vasitəçiliyinə alternativ axtarmaq məcburiyyətində buraxıb.

Onu da qeyd etmək lazımdır ki, Kremlin aqressiv davranışları və yolverilməz maksimalist sülh şərtləri irəli sürməsi ABŞ və Rusiya arasında münasibətlərin yenidən qarşıdurma keyfiyyəti qazanmasına yol açmağa başlayıb. Üstəlik, Kremlin xüsusi canfəşanlıqla reallaşmasına cəhd göstərdiyi Tarmp-Putin görüşü də hazırda baş tutma ehtimalından uzaqdadır. Kremldən verilən açıqlamalarda da bu vəziyyətin Rusiya siyasi dairələrində ciddi məyusluq doğurduğunu biruzə verir.

Məsələ ondadır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yaxın günlərdə Vladimir Putin və Ağ Ev sahibi Donald Tramp arasında görüşün keçirilməsinə hazırlıq getmir. Bunun əvəzində Kreml indi daha çox ABŞ-ın imtina etdiyi vasitəçilik missiyası üçün alternativ dövlətin axtarışı ilə məşğuldur. Və hazırda Rusiya bu məsələ ilə bağlı mövcud problemin məhz Türkiyə üzərindən həllinə ümid bəsləyir.

Rusiya prezidenti Vladimir Putin vasitəçilik missiyasını öz üzərinə götürməsi üçün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana müraciət də etmişdi. Nəticədə İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanılması razılaşdırılmışdı. Ancaq bu istiqamətdə də Rusiya üçün fərqli problemlər ortaya çıxmağa başlayıb. Belə ki, prezident Volodimir Zelenski İstanbulda yalnız Kreml sahibi Vladimir Putin ilə görüşməyə razılaşıb. Və məhz bu məqsədlə də Türkiyə səfərinə çıxıb.

Maraqlıdır ki, Kremldə tamamilə fərqli taktikaya üstünlük verilir. Rusiya siyasi dairələri Zelenski hakimiyyətinin legitimliyini şübhə altına alan prezident Vladimir Putinin Ukrayna lideri ilə görüşə getməsini məqbul saymır. Ona görə də, İstanbul görüşü Rusiya üçün böyük önəm daşısa da, Kreml Türkiyəyə Ukraynanın narazılığına səbəb olan tərkibdə heyət göndərib. Və bu səbəbdən də, hazırda İstanbul görüşü ətrafında kifayət qədər ciddi ziddiyyətlər, hətta kəskin mübahisələrin olduğu müşahidə edilir.

Bütün bunlara baxmayaraq, Kreml təmsilçisi Dmitri Peskov Rusiyanın İstanbulda danışıqların məhsuldar olması üçün hər cür səy göstərməyə hazır olduğunu vurğulayıb. Üstəlik, iddia edib ki, guya İstanbulda Ukraynanı kimlərin təmsil edəcəyi məlum deyil. Və görüş baş tutarsa, Rusiya nümayəndə heyəti İstanbulda danışıqların gedişi barədə “ehtiyac olduqca” prezident Vladimir Putinə hesabat verəcək.

Göründüyü kimi, Kreml İstanbulda görüşün olmasını istəsə də, hələ də siyasi manipulyasiyalar ilə məşğuldur. Çünki prezident Volodimir Zelenski Türkiyədə Kreml sahibi Vladimir Putini gözlədiyini artıq rəsmən bəyan edib. Kreml isə Türkiyəyə real siyasi qərarlar qəbul etmək səlahiyyətləri olmayan dövlət məmurlarını göndərib. Və bu baxımdan, Rusiyanın İstanbul görüşünün məhsuldar olmasına çalışdığı barədə açıqlamalar, yumşaq desək, o qədər də səmimi məzmun daşımır.

Belə anlaşılır ki, Rusiya "imperiya eqosu"ndan uzaqlaşa bilmədiyi üçün Ukrayna savaşının dayandırılması baxımından, böyük önəm daşıyan növbəti şansı da əldən qaçırmaq üzrədir. Çünki İstanbul görüşünə yalnız Rusiyada deyil, Qərb siyasi dairələrində də böyük önəm verilirdi. Hətta vasitəçilik missiyasından rəsmən imtina edən ABŞ-ın prezidenti Donald Tramp belə, Türkiyənin Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanmasında böyük rolunun ola biləcəyini vurğulamışdı.

NATO-nun baş katibi Mark Rutte də Türkiyənin Rusiya və Ukrayna arasında sülhü bərpa etmə potensialının yüksək olduğuna diqqəti çəkib Onun fikrincə, bu potensial ilk növbədə Türkiyənin bir araya gətirmə gücü ilə birbaşa bağlıdır. Eyni zamanda, Avropa Birliyi də İstanbul görüşünə mümkün qədər həssas yanaşmağa üstünlük vermişdi. Və bu qurum Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı qərarını İstanbul danışıqlarından sonraya saxlamışdı.

Məsələ ondadır ki, Avropa Birliyi İstanbul görüşünün uğursuz olacağı təqdirdə, Rusiyaya qarşı yeni təzyiq planlarını, o cümlədən də növbəti sanksiyalar paketini müzakirə etmək niyyətindədir. Eyni zamanda, Avropa dövlətləri Kreml sahibi Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüşərək, sülh sazişi imzalamayacağı təqdirdə, ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı yeni əlavə sanksiyalar tətbiq etməyə çağırmaq niyyətindədirlər. Və bu, o deməkdir ki, İstanbul görüşü, onun nəticələri ilk növbədə Rusiya üçün böyük önəm daşıyırdı.

Ancaq mövcud situasiya onu göstərir ki, Kreml Rusiyanın "imperiya eqosu"nun girovuna çevrilib. Ona görə də, Kreml kompromislərə yönəlmək əvəzinə yenə də bütün dünyaya meydan oxumağa üstünlük verir. Yəni, Rusiyanın əleyhinə yönələ biləcək mövqe tutur. Nəticədə Türkiyəyə səfər edən Ukrayna lideri Volodimir Zelenski Kreml sahibi Vladimir Putin ilə deyil, məhz prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək, Kiyevə dönməli olacaq. Və bu, müəyyən mənada, Ukraynanın hərbi-siyasi maraqlarına cavab verir.

Maraqlıdır ki, İstanbulda sülhə və yaxud atəşkəsə nail olmasa da, indi prezident Volodimir Zelenskinin əli nisbətən güclənmiş oldu. Belə ki, o, ABŞ və Qərbə Rusiyanın sülhə hazır olmadığı barədə real sübutlar təqdim edərək, Ukraynaya hərbi dəstək verilməsinə çağırış etmək imkanları qazanıb. Bu çağırışların ABŞ və Avropa Birliyi tərəfindən pozitiv reaksiya ilə qarşılanma ehtimallı isə indi daha cəlbedici görünür. Və bu baxımdan, Kremlin böyük önəm verdiyi İstanbul görüşünün məhz Rusiyanın əleyhinə yekunlaşdığı qətiyyən şübhə doğurmur.(Yeni müsavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 May 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri