Icma.az
close
up
RU
“KREML KADIROVUN ÖLÜMÜNƏ HAZIRLAŞIR” Hakimiyyət kimə ötürülə bilər?

“KREML KADIROVUN ÖLÜMÜNƏ HAZIRLAŞIR” Hakimiyyət kimə ötürülə bilər?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Baş nazirlə Duma deputatı arasında münaqişə qızışır”

Çeçenistan başçısı Ramzan Kadırovun ağır xəstəliyi Kremli ondan sonrakı dövrə hazırlaşmağa vadar edir.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “Vajnıye istorii” nəşrinin yazdığına görə, Kreml Kadırovun mümkün ölümündən sonra Çeçenistanda yaranacaq hakimiyyət boşluğunun aradan qaldırılması üzərində işləyir. Nəşr qeyd edir ki, bu barədə Kremlə və hakim "Vahid Rusiya" partiyasına yaxın mənbələrdən məlumat alıb.

Mənbə, Kadırovun ölümcül xəstəliyi və onun varisi kimi təqdim edilən oğlu, 18 yaşlı Adam Kadırovun yol qəzasında ciddi xəsarət alması fonunda bölgədəki vəziyyəti “son dərəcə ağır” adlandırır: "Hazırda Çeçenistanda baş verən hər şey diqqətlə gizlədilir, orada isə çox mürəkkəb proseslər baş verir. Xalq çox həyəcanlıdır; heç kim baş verənlər barədə danışmır. Yerli sakinlərə "əgər hər hansı bir məlumat sızması olarsa, biz sadəcə hər kəsi, bütün ailəni yeddinci nəslə qədər məhv edəcəyik" deyilib”.

Nəşr yazır ki, Kadırovun ölümünə hazırlaşan Kreml üçün hazırda əsas seçim yeni "taxt sahibi" təyin etməkdir. Çeçenistanın yeni rəhbəri Kadırovun oğlu Adamın onun bu vəzifəni tutmasına imkan verən 30 yaşına çatmasına qədər Çeçenistanda sabitliyi təmin etməlidir.

Məqsəd Kadırova sadiq bir şəxsin Çeçenistanın rəhbəri təyin edilməsidir. Bunlardan biri Çeçenistandan Dövlət Dumasının deputatı və çeçen diasporuna nəzarət edən, Kadırovun uzun müddətli müttəfiqi olan Adam Delimxanovdur. Nəşrin yazdığına görə, Kadırov ona Adamı "yetişdirməyi", onun əlaqələrini, o cümlədən cinayətkar aləmdəki əlaqələrini təmin etməyi tapşırıb.


İkinci namizəd isə Kadırovun digər yaxın adamı və regionda repressiyalara görə məsul olan Çeçenistanın Baş naziri Maqomed Daudovdur. Nəşrin mənbələrinə görə, hazırda onların ikisi arasında hakimiyyət uğrunda münaqişə yaranıb.

Nəşr yazır: "Ukraynadakı müharibədə batmış Moskvanın ehtiyac duyduğu son şey qeyri-sabit Çeçenistandır. Status-kvonun qorunmasına zəmanət verən hər kəs Moskva üçün uyğun olacaq".

Politoloq Abbas Qallyamov isə qeyd edir ki, Kadırovun ölümü həm hakimiyyət uğrunda klan mübarizəsinə, həm də kütləvi etirazlara səbəb ola bilər: "Çeçenistanda çoxlu narazı insan var və onların çoxu Çeçenistan elitasındadır. Əgər onlar sistemin başlarını qaldırıb mübarizəyə başlaya biləcəkləri nöqtəyə qədər zəiflədiyini hiss edərlərsə, mütləq bunu edəcəklər".

Ekspert hesab edir ki, varis seçiminə gəldikdə, Moskva ilk növbədə riskləri minimuma endirəcək birinə diqqət yetirəcək: "Çeçenistan prioritet deyil. Prioritet resursları israf etməməkdir. Onlar əllərində olan hər şeyi Ukrayna məsələsinə yönəldiblər".

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri