Icma.az
close
up
RU
Kreml Kiyev və Avropanı ABŞ ın nəzərində zərbə altına qoymaq istəyir Arif Əliyev

Kreml Kiyev və Avropanı ABŞ ın nəzərində zərbə altına qoymaq istəyir Arif Əliyev

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Moskva indiki şərtlərdə, hətta Cenevrədəki yumşalmalar fonunda belə, özünü elə göstərir, sanki müqavilənin imzalanmasına daha çox meyillidir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı 28 maddəlik planına alternativ olaraq Cenevrədə 24 (bəzi mənbələrdə 28) bəndlik sənədin gündəmə gəlməsini şərh edərkən deyib.

"Çünki Rusiyanın özü ciddi problemlərlə üz-üzədir. Digər tərəfdən, Rusiya faktiki olaraq Amerikanın təklifinə razı olmamasını gündəmə gətirməklə Ukraynanı bir daha zərbə altında qoymaq istəyir. Moskva, fikrimcə, sona qədər özünü elə göstərəcək ki, guya həmin şərtlərlə Ukrayna ilə müqayisədə daha çox razıdır. Bu yolla Kreml Kiyev və Avropanı ABŞ-ın nəzərində zərbə altına qoymaq istəyir. Kreml oyunu bu istiqamətdə aparacaq. Rusiya rəhbərlərinin son bəyanatlarından da bu sezilir", deyə Arif Əliyev bildirib.


Ekspert qeyd edir ki, Kiyevin Trampın təklifinə uyğun olaraq sülh müqaviləsinə gedəcəyinə şübhə edir:

"Bu şərtlərlə sülhün əldə edilməsi Ukraynanın özü qədər digər postsovet ölkələri üçün də ciddi təhlükələr yaradır. Çünki burada güclə sərhədlərin dəyişdirilməsi prinsipi qəbul olunur, Rusiyanın tələblərinin müxtəlif formalarda təmin olunması şərtləri irəli sürülür və faktiki olaraq Rusiya ətrafındakı dövlətlərin suverenliyinə ciddi təhdidlər var.  Bu qədər itki və mübarizədən sonra Ukraynanın belə asanlıqla faktiki olaraq işğalla barışacağına inanmıram. Odur ki, mürəkkəb oyun ən müxtəlif səviyyələrdə, Amerika senatı, Avropa ölkələrinin də cəlb olunması, Ukraynanın özündə isə daxili narazılıqlar yaratmaqla hələ də davam edir".

Tramp planı və Cenevrə bəndləri əsasında ortaq bir sənədin ərsəyə gəlməsi ehtimalına gəldikdə, həmsöhbətimiz iştirakçı olaraq, həm Rusiya, həm Ukrayna, həm Avropa, həm də Amerikanı nəzərdə tutsaq, burada ortaq məxrəcə gəlinəcəyini düşünmür:

"Kremldən kənar, digər 3 tərəfin ortaq sənəd hazırlamaları ehtimalı istisna deyil. Amma Rusiyanın da buna razılıq verəcəyi ağlabatan deyil. Düzdür, burada Rusiyanın hərbi uğurlarından daha çox, Vaşinqtonun təzyiqləri müəyyən məsələləri həll edə bilər. Lakin dəfələrlə şahidi olmuşuq ki, birtərəfli təzyiq əsasında qəbul olunan sülh heç zaman uzun olmayıb. Amerikanın hansısa bir mərhələdə mövqeyinin zəifləməsi, yaxud da fikrinin dəyişməsi, ya Avropanın hansısa yeni bir planı ortaya qoyması mərhələsində bu oyun dağılacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandlrmaqla bağlı 28 bəndlik sülh müqaviləsinin ardınca, Cenevrədə toplaşan Avropa İttifaqı, ABŞ və Ukrayna nümayəndələri ona alternativ olan 24 bəndlik sənədi qəbul ediblər. Hansı ki, bu sənəd Trampın təklifi ilə müqayisədə Ukraynaya münasibətdə daha yumşaq məqamları özündə əks etdirir. 

Bundan başqa, Cenevrədə Kiyevlə Vaşinqton sülh üzrə yenilənmiş və təkmilləşdirilmiş çərçivə sənədi hazırlayıblar. Onunla bağlı yekun qərarlar Ukrayna və ABŞ prezidentləri tərəfindən qəbul ediləcək. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri