Icma.az
close
up
RU
ABŞ Avropanı sakitləşdirir

ABŞ Avropanı sakitləşdirir

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, NATO-nun Avropadakı Müttəfiq qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviç belə deyib.
“Avropa və Kanadanın imkanlarına əminəm. Biz bu gün istənilən böhrana və ya gözlənilməz vəziyyətə hazırıq. Ukraynada mümkün sülh danışıqları ilə bağlı siyasi gərginlik NATO nöqteyi-nəzərindən missiyamızı yerinə yetirmək qabiliyyətimizə heç bir təsir göstərməyib”, - qəzet Aleksus Qrinkeviçin bəyanatından sitat gətirir.
Onun sözlərinə görə, müttəfiqlərin müdafiə xərclərini artırmaq barədə qərarları "alyansın sabah, Vaşinqtonun isə birisi gün hazır olması” deməkdir. Bu isıə, Rusiyaya qarşı durmağa və Amerika qüvvələrinin yerləşdirilməsində hər hansı dəyişikliyə cavab verməyə hazır olmaqdır.
Avropa ABŞ-dən “aydın təqvim” tələb edir Eyni zamanda, Qrinkeviç Rusiyanın yaxın perspektivdə, eləcə də orta və uzunmüddətli perspektivdə açıq-aşkar NATO-nun kollektiv müdafiə gücünü sınamağa cəhd edə biləcəyindən narahatlığına diqqət çəkib.
- Biz həm də hadisələri qabağlamağı düşünürük. Əgər Rusiya bizim üçün dilemmalar yaratmağa çalışarsa, o zaman bəlkə də onlar üçün dilemmalar yarada biləcəyimiz yollar var”, - təfərrüatlara varmayan amerikalı general söyləyib.
Xatırladaq ki, Aleksus Qrinkeviçin bəyanatları prezident Donald Trampın qarşıdan gələn müdafiə strategiyasının bir hissəsi kimi Avropada Amerika hərbi mövcudluğunun gözlənilən azaldılması ilə bağlı narahatlıqlar fonunda səslənir.
Qarşıdan gələn hərbi siyasət icmalı kontekstində bəzi qüvvələrin Avropadan Hind-Sakit okean regionuna göndərilməsi də nəzərdə tutulur.
“Politico” nəşrinin məlumatına görə, bəzi avropalı tərəfdaşlar alyansın möhkəm olduğunu açıq şəkildə vurğulasalar da, ABŞ-nin NATO-ya sadiqliyindən xüsusi narahatlıqlarını ifadə edirlər.
- NATO bütün prosesləri qüsursuz işləyir. Təcrübədə amerikalılar alyans daxilində öz öhdəliklərini çox yaxşı yerinə yetirirlər”, - Polşanın Müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri