Icma.az
close
up
RU
“Kreml müharibəni necə yükunlaşdıracağını bilmir”

“Kreml müharibəni necə yükunlaşdıracağını bilmir”

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında dünənki çıxışında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib, bircə onu deyib ki, “ordumuz bütün istiqamətlərdə irəliləyir”. Aydındır ki, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, müharibəyə başlama əmrini verən Kreml sahibi onu necə yekunlaşdıracağını bilmir: 

“Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür. Putinin Qərbin dünyada hegemonlğunun başa çatdığını vurğulayıb. “ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib. Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: “NATO bizi ‘kağız pələngi’ adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?”. Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib. Putinin ABŞ və NATO rəhbərliyinə xatırlatması da olub: “2000-ci ldə ABŞ-ın keçmiş Prezidenti Bill Klintona təklif etdim ki, Rusiyanı NATO-ya üzv qəbul etsinlər, o əvvəlcə razılaşdı, sonra müşavirlərinin məsləhətlərini dinləyərək fikrindən vaz keçdi”. Putin bu məsələni ilk dəfə deyil xatırlayır. Görünür, Putin bununla demək istəyir ki, onun təklifi reallaşaraq Rusiya NATO-ya üzv qəbul olunsaydı, beynəlxalq aləmdə indiki gərginlik olmazdı. Həqiqətən Rusiya Putinin təklifi ilə 2000-ci illərin başlanğıcında NATO-ya üzv qəbul olunsaydı, indiki gərginlik olardımı? Putin bu təklifi səsləndirmədən əvvəl ikinci Çeçenistan müharibəsinə başlamışdı, nəticədə silahlı qruplarla yanaşı minlərlə mülki insan həlak olmuşdu. Yəqin NATO üzvləri düşünüblər ki, Rusiyanın Şimali Atlantika Blokuna üzvlüyü Kremli daxili və xarici müharibələrdən çəkindirməyəcək. Misal üçün Rusiya NATO üzvü olsaydı belə 2008-ci ildə Gürcüstanla müharibə, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməyəcəyini və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləmək çətindir.  NATO-da qərarlar konsensusla qəbul olunur. Rusiya ümumi qərarlara tabe olacaqdımı? Əksinə Rusiya NATO üzvü olduqdan sonra blok içərisində tərəfdar qrupu formalaşdırmağa çalışacaq, bu isə təşkilatın içərisindən dağılmasını sürətləndirəcəkdi. Buna görə də Klitonun müşavirləri Putinə “yox” cavabı verməyi məsləhət biliblər”.  

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri