Icma.az
close
up
RU
Kreml müharibəni bitirməyi planlaşdırmır

Kreml müharibəni bitirməyi planlaşdırmır

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Rusiya ordusu və cəmiyyəti yaxın gələcəkdə Ukraynada atəşkəsi və müharibənin dayandırılmasını dəstəkləmir. Kreml isə uzun sürən kampaniyaya haqq qazandırmaq üçün bundan istifadə edir.
Reyting.az
xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş və ya iştirak edən 11 rus əsgərinin “The New York Times” qəzetinə verdiyi müsahibələrə də istinad edilib. Həmin hərbçilərdən bəziləri qəti şəkildə hərtərəfli atəşkəsin əleyhinə çıxıb. Onlar hesab edirlər ki, Rusiya ordusu Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərinin bütün ərazisini ələ keçirənə qədər döyüşməlidir.
Hərbçilər Rusiyanı ərazi qazancları əldə olunana qədər müharibəni davam etdirməyə, Ukrayna və Qərbə heç bir güzəştə getməməyə çağırıblar. Onların fikrincə, bu, Rusiyanın 5-10 ildən sonra yenidən Ukrayna ilə vuruşmaması, həm də indiki müharibədə rusların qurbanlarının əsassız olmaması üçün lazımdır.
Xatırladaq ki, Rusiyanın müstəqil müxalif “Xronika” sosioloji təşkilatının aprel ayında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin təxminən yarısı sülh sazişinin əleyhinə çıxıb və bu, prezident Vladimir Putinin Ukraynanın “denazifikasiyası”, demilitarizasiyası və neytrallığı ilə bağlı ilkin niyyətlərinə uyğun gəlmir.
Hesabatda 2025-ci ilin aprelində müxalifətin “Verstka” nəşri tərəfindən 100 rusiyalı hərbçi arasında keçirilmiş sorğunun nəticələrinə də istinad edilib. Onun nəticələrinə görə, respondentlərin yalnız 18 faizi Putinin bəyan etdiyi müharibə məqsədlərinə çatana qədər Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını dəstəkləyib. Respondentlərin yalnız beşdə biri qarşıdakı aylarda müharibənin bitəcəyinə inandığını bildirib.
ISW qeyd edib ki, sorğunun bu cür nəticələri Kremlin Rusiya informasiya məkanını yaxın gələcəkdə sülh sazişi üçün hazırlamadığını göstərir, eyni zamanda Rusiya ordusu və cəmiyyəti müharibənin tezliklə bitəcəyini gözləmir.
Analitiklər deyirlər ki, Kreml Putinin Rusiya dövləti üçün həyati əhəmiyyət daşıyan müharibə məqsədlərinə haqq qazandırmaq və Rusiya bu məqsədlərə çatana qədər müharibənin uzadılmasına ictimai dəstək yaratmaq üçün birgə səy göstərir.
ISW bildirir: "Kreml rəsmiləri getdikcə daha açıq şəkildə bəyan edirlər ki, Ukrayna tələbləri qəbul edənə qədər Rusiyanın döyüşü davam etdirməyə hazırdır. Bu, yəqin ki, Kremlin Rusiya cəmiyyətini və ordusunu belə bir ssenariyə lazımi şəkildə hazırladığına əmin olduğuna görə baş verir".
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri