Kreml Paşinyana eşitdirdi: Putin sizi orada gözləyəcək
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək görüşündə iştirakı gözlənilir.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
“Prezident cənab Paşinyanı dəvət etdi və təbii ki, onu digər həmkarları ilə birlikdə Sankt-Peterburqda ənənəvi görüş üçün gözləyir. Bu, təbii ki, qeyri-rəsmidir, lakin eyni zamanda, həm MDB, həm də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının toplaşacağı tədbirdir. Gündəm kifayət qədər əhəmiyyətli və genişdir”, - Peskov deyib.
Eyni zamanda o qeyd edib ki, Putin bu gün Ermənistanın baş naziri ilə görüş planlaşdırmır.
Tural
Baxış sayı:205
Bu xəbər 13 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















