Icma.az
close
up
RU
Putin Paşinyana şərt qoyacaq

Putin Paşinyana şərt qoyacaq

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

O, sentyabrın 26-dan 30-dək Moskvada keçiriləcək Ümumdünya Atom Həftəsində iştirak edəcək.

Sözügedən iclasa öz ölkələrində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderlərinin qatılacağı açıqlanıb.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyi də gözlənilir.

Maraqlıdır, həmin görüşdə Paşinyanın qarşısına hansı şərt qoyulacaq?

Politoloq Sahil Kərimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiya Bakı ilə İrəvan arasındakı sülh danışıqlarına əngəl olmaq üçün Ermənistana təzyiq edir:

“Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Bakı və İrəvan arasında sülh müqaviləsinin paraflanması ölkəmizin regionda uzunmüddətli, dayanıqlı və ədalətli sülh əldə etməsi istiqamətində ortaya qoyduğu qətiyyətli mövqeyin nəticəsidir.

Bu, bir daha onu göstərir ki, ölkəmiz daim müstəqil və milli maraqlarına söykənən siyasət yürüdür. Bölgədə sülh və əmin-amanlığın, uzunmüddətli təhlükəsizliyin qazanılması üçün bütün mümkün imkanlardan yararlanmağa çalışır. 

Ermənistanın son dövrlərdə Azərbaycanın sülh istəklərinə müəyyən qədər konstruktiv yanaşması və sülh müqaviləsinin imzalanması istiqamətində konkret mövqe ortaya qoyması Rusiyanı müəyyən qədər qıcıqlandırır.

Kreml nəyin bahasına olursa-olsun proseslərdə varlığını qorumaq, eləcə də Cənubi Qafqazda mövqeyini və əvvəllər Ermənistan üzərindən həyata keçirdiyi rıçaqlarını yenidən əldə saxlamaq üçün İrəvana müəyyən təzyiqlər edir”.

Ekspert qeyd edib ki, bu da Ermənistanın Rusiya ilə mütəffiq olması bəhanəsi ilə həyata keçirilir:

“Guya Ermənistanı müdafiə edirlər. Həqiqətdə isə məsələ tamam başqadır. Cənubi Qafqazda hər zaman ən zəif bənd Ermənistan olub. Rusiya Ermənistan üzərindən istədiyi formada müəyyən təzyiq imkanları əldə etməyə çalışıb. Bu baxımdan, Paşinyanın Rusiyaya səfəri çərçivəsində Putinlə görüşü də baş tuta bilər. Şübhəsiz ki bu görüşdə Putin Paşinyana öz istəklərini təmin etmək üçün şərtlər irəli sürə bilər. Bu da heç kimə sirr deyil”.

Sahil Kərimli vurğulayıb ki, Ermənistan bu şərtlərin və təzyiqlərin qarşısında hansı mövqeyi nümayiş etdirəcəyi də sual altındadır:

“Çünki biz zaman-zaman Paşinyanın müstəqil olmayan və təzyiq altında siyasət həyata keçirən siyasətçi olduğunu görmüşük. Əvvəllər daha çox Rusiyanın diqtəsi ilə siyasət yürüdən Paşinyan son illərdə isə Qərbmeyilli mövqe tutmağa başladı. Biz artıq Paşinyanın müəyyən qədər təzyiqlər məngənəsi altında sıxıldığını da müşahidə edə bilərik. Rusiya da heç cür Ermənistandan əl çəkmək niyyətində deyil. 

Ümumiyyətlə, Kreml sülh müqaviləsinin ABŞ-nin vasitəçiliyi ilə imzalanmasını istəmir. Hesab edirəm ki, Rusiyanın təzyiqləri və təhdidləri qarşısına Ermənistan rəhbərliyi müstəqil siyasi iradə ortaya qoymalıdır. Əks halda, bölgədə sülh və sabitlik çox çətin əldə olunacaq. Bu da Ermənistan üçün olduqca böyük problemlərə gətirib çıxara bilər”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Putin Paşinyan Ermənistan Rusiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri