Icma.az
close
up
RU
Kreml pul itirir: Kanada Rusiya neftinin tavan qiymətini aşağı salacaq

Kreml pul itirir: Kanada Rusiya neftinin tavan qiymətini aşağı salacaq

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kanada hökuməti Rusiya neftinin qiymət tavanını bir barel üçün 60 dollardan 47,6 dollara endirdiyini elan edib.

Qayanrinfo xəbər verir ki, "Reuters" bu barədə Kanada Maliyyə Nazirliyinin bəyanatına istinadən yazıb.

Beləliklə, Kanada Böyük Britaniyadan sonra Rusiya neftinin tənzimlənən qiymətinin azaldılması baxımından Avropa İttifaqının 18-ci sanksiyalar paketinə qoşulan G7-nin ikinci üzvü olub.

"Rusiya neftinin qiymətinin yuxarı həddini daha da aşağı salmaqla Kanada və onun tərəfdaşları iqtisadi təzyiqi artırır və Rusiyanın qeyri-qanuni müharibəsi üçün əsas maliyyə mənbəyini məhdudlaşdırırlar", deyə Kanadanın maliyyə naziri Fransua-Filip Şampan rəsmi Ottavanın qərarını şərh edib.

Nazir Kanadanın Rusiya neftinin tənzimlənən qiymətini hansı tarixdən aşağı salacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, iyulun 18-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu, digər məsələlərlə yanaşı, Rusiya neftinin bir barelinin maksimal qiymətinin 60 dollardan 47,6 dollara endirilməsini nəzərdə tutur.

Həmin gün Böyük Britaniya yuxarıdakı məhdudiyyətlərə qoşulduğunu elan edib. Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi vurğulayıb ki, Aİ ilə birlikdə London Rusiyanın enerji sektorunun ürəyinə zərbə vurur.

Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya neftinin qiymət tavanı dinamik xarakter alıb və neftin dünya qiymətlərindən asılıdır. Bu o deməkdir ki, "qara qızıl”ın qiyməti artarsa, Rusiya neftinin tənzimlənən qiyməti də arta bilər. Güman edilir ki, Rusiya neftinin qiymət tavanı ildə ən azı iki dəfə nəzərdən keçiriləcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see482

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see201

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see128

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri