Kreml QORXUDA: İranın süqutu Rusiyanın sonunu gətirəcək SENSASİYA
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın təcürbəli mütəxəsisləri İran ətrafında gedən proseslərdən böyük qorxu keçirirlər. Keçmiş diplomat, tarix elmləri doktoru Nikolay Platoşkin açıq şəkildə bəyan edir ki, İran parçalansa növbə Rusiyaya çatacaq. Platoşkin bildirir ki, İran Rusiyanın önündəki sonuncu domino daşıdır. Sonuncu daş da aşsa, Rusiyanın parçalanması qarşısıalınmaz olacaq.
Bakupost.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, İrandakı rejim minlərlə dinc insanı öldürməyə qadir olduğunu dəfələrlə nümayiş etdirdiyi üçün belə rejimin dağılmasında daha böyük gücün müdaxiləsinə ehtiyac var:
"Buna görə də İsrailin İrana hərbi müdaxiləsinin Azərbaycanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğunu bildirirdik. İranı müdafiə etmək isə dolayısı ilə Rusiyanı müdafiə etməkdir. İran ətrafında isə həlqə daralır. İrana geniş müdaxilə ərəfəsində geniş koalisiyanın formalaşmasının da başa çatmaq üzrə olduğu aydın görünür. İranın süqutu Rusiyanın, Rusiyanın süqutu İranın süqutu deməkdir. Bu iki imperiyanın süqutu isə Böyük Azərbaycanın doğuluşunun təməl şərtidir".
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Avqust 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















