SENSASİYA: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı təhlükəsizlik sistemindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsraildə İranın nüvə obyektlərinə hücumun zəruriliyi ilə bağlı təhlükəsizlik sisteminin bütün səviyyələrində konsensus formalaşıb.
“İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Ona görə də İranın nüvə layihəsinə hücuma hazırlıq gedir. İrana qarşı iqtisadi sanksiyalar yalnız çəkindirici xarakter daşıyır. Bu, nüvə layihəsini aradan qaldırmağa xidmət etmir”, – deyə mənbə vurğulayıb.
Qeyd edək ki, oxşar məlumatı təhlükəsizlik mənbəsinə istinadən İsrailin “Kan” dövlət televiziyası da yayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Noyabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















