Icma.az
close
up
RU
Kreml rəsmisi: Moskva 28 bəndlik plandan başqa əlavə olaraq daha dörd sənəd alıb

Kreml rəsmisi: Moskva 28 bəndlik plandan başqa əlavə olaraq daha dörd sənəd alıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva Trampın Ukrayna böhranının həlli ilə bağlı ilkin 28 bəndlik planından başqa əlavə olaraq daha dörd sənəd alıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı danışan Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, bu əlavə dörd sənədin mahiyyətini açıqlaya bilmədiyini, lakin sənədlərin hamısının Ukraynadakı böhranın uzunmüddətli həllinə və sülhə aid olduğunu söyləyib.

Onun sözlərinə görə, görüş Ukrayna böhranının gələcək həlli yollarını müzakirə etmək üçün bir fürsət yaradıb.

Uşakov vurğulayıb ki, görüş zamanı konkret təkliflər deyil, ABŞ böhranın həlli planının mahiyyəti müzakirə edilib.

Kreml rəsmisi Putin və Uitkoffun gələcək iqtisadi əməkdaşlığın böyük perspektivlərini də müzakirə etdiklərini söyləyib.

"Əlbəttə ki, iki ölkə arasında gələcək iqtisadi əməkdaşlığın böyük perspektivləri müzakirə edildi. Yeri gəlmişkən, bu, əvvəlki görüşlərdə ətraflı müzakirə olunmuşdu. Lakin indi vurğulandı ki, bu barədə bir şey etməliyik. Əgər həqiqətən əməkdaşlıq etmək istəyiriksə və bunun üçün böyük imkanlar varsa, buna real istəyimizi nümayiş etdirməliyik", - Uşakov deyib.

O həmçinin əlavə edib ki, Rusiya və ABŞ nümayəndələr və köməkçilər səviyyəsində əlaqələri davam etdirəcəklər. Putinlə Tramp arasında görüşün ehtimalı da məhz bu səviyyədəki irəliləyişdən asılıdır.

"Razılığa gəldik ki, amerikalılarla, xüsusən də Kremldə olan şəxslərlə nümayəndələr, köməkçilər və digər nümayəndələr səviyyəsində əlaqələri davam etdirəcəyik. Prezidentlər səviyyəsində mümkün görüşə gəldikdə isə, bu, köməkçilərimiz, nümayəndələrimiz və sair vasitəsilə israrla və inadla davam etdirəcəyimiz yolda hansı irəliləyişlərə nail ola biləcəyimizdən asılı olacaq", - Kreml rəsmisi əlavə edib.

Putinin köməkçisi bundan başqa danışaqlarda konkret ərazi məsələsinin müzakirə olunub-olunmadığı ilə bağlı sualı belə cavablandırıb: "Bu məsələ müzakirə olunanlar arasında bizim üçün daha vacib olanıdır. Amerikalılar üçün də həmçinin. Hələlik kompromis variantı tapılmayıb. Lakin ABŞ-ın təklif etdiyi bir sıra variantlar az-çox məqbul görünür. Lakin onları müzakirə etmək lazımdır. Təklif olunan bir sıra variantlar bizə uyğun gəlmir. Bunların üzərində iş davam etdiriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri